Mendeleyevin “peyğəmbərliyi:” Dünya şöhrətli dahini imperatorun gözündən salan nə oldu? - FOTO
Bizi izləyin

Bilgi.az

Mendeleyevin “peyğəmbərliyi:” Dünya şöhrətli dahini imperatorun gözündən salan nə oldu? - FOTO

Fevral 8-də 1834-cü ildə Rusiyanın Tobolsk şəhərində ensiklopediyaçı alim Dmitri Mendeleyev dünyaya gəlib. Apardığı tədqiqatlarına görə Mendeleyev XIX əsrin ən dahi alimlərindən biri hesab olunur. O, fizika, kimya, metrologiya, iqtisadiyyat və digər elmlərin fundamental tədqiqatçısıdır. Dmitrinin dünyaya bəxş etdiyi ən böyük kəşf kimyəvi elementlərin dövri cədvəlinin tərtibi oldu.

Publika.az "Bizim tərcümə" layihəsində dahi alimin həyat hekayəsini təqdim edir.

"Zati-aliləri, Mendeleyevi hüzurunuza qəbul etməyin. O, arvadı sağ ola-ola ikinci dəfə evləndiyi üçün ədəb-ərkanlı cəmiyyətə qəbul olmaq hüququndan məhrum olub"- çar III Aleksandra məsləhət gördülər. İmperator isə cavab verdi: "Bu düzdür, Mendeleyevin iki arvadı var. Lakin mənim bir Mendeleyevim var".

Boblovda yerdən 2 metr hündürlükdə palıd ağacı ucalırdı. Ağacın oyuğu o qədər böyük idi ki, oraya stol və stul da yerləşirdi. Stol və stulları ağacın koğuşuna Mendeleyev daşımışdı. O, ağacın koğuşunda atmosferin aşağı qatlarında hərəkət edən hava temperaturunu ölçmək üçün yay laboratoriyasını qurmuşdu. Palıd ağacının yanına kənd sakinləri gəlib Mendeleyevdən havanın necə olacağını soruşurdular. Mendeleyev isə barometrə baxıb "peyğəmbərlik" edərdi.

Səliqəsiz saqqal və çiyinə qədər olan saçı Mendeleyevi quldurlara bənzədirdi. Dmitri İvanoviç ildə bir dəfə saç-saqqalını qırxardı. Bu qaydalar Mendeleyevi imperatorun gözündən salmırdı. Mendeleyev özü də insanların qarşısına çox da həvəslə çıxmazdı. İmkan versəydin bəlkə də bütün günü palıdın koğuşunda oturub "səmadan" yerə enməzdi. Onun arvadı Feozva Nikitiçnanın sözlərinə görə, əri ağacdan yalnız arvadının göz yaşları qarşısında yerə enərdi.

Toya qədər Dimitri və Feozva izdivaclarının heç bir yaxşı nəticə verməyəcəyəni əmin idilər. Feozaya ərinin tündməcazlığı çatmırdı: bir gün Mendeleyev qəzəbini çıxarmaq üçün pul kisəsindəki pulları göyə buraxdı. Başqa bir vaxt da isə hirsini soyutmaq üçün isti çayı nökərin üstünə tökdü.

Qısaca olaraq, Fiza ərini sevgi ilə düzəldəcəyinə inanırdı. Mitya da az aşın duzu deyildi. Arvadına rast gələnə qədər o, temperamentli və ilan kimi hiyləgər aktrisa Aqnessa Foytqmanla eşq macərası yaşayırdı. Mitya Aqnessa ilə Bunzenin kimya laboratoriyasında sınaq müddəti keçmək üçün Heydelberge gedərkən tanış olub. Düz bir il Mendeleyev kimya əvəzinə aktrisanın səhnə qısqancılıqları, qalmaqlalları ilə məşğul oldu.

Alman Bunzenə isə başını yelləmək qaldı: harada görmüsünüz ki, ümid bəslənilən alim vaxtını laboratoriyada keçirməkdənsə, qadınların dalınca düşə?! Bununla belə, Mendeleyev qadınlara görə başını itirməmişdi. Belə ki, o, suyun qaynama temperaturunu tapmaqla açılış etməyə də macal tapdı. Lakin Aqnessa onu başqa bir şeylə "sevindirdi". Aktrisanın ondan hamilə qalmasını eşidər eşitməz, Mitya elmi işini ataraq tezliklə Rusiyaya qayıtdı. Aqnessa qız övladını dünyaya gətirdikdə belə, Dmitri onları görməmək üçün mühazirə və dərslərə qaçır, onlarla görüşməkdən imtina edərdi.

Atəşli Heydelberg gecələrindən sonra Mitya anemiya xəstəsi, çox da ağıllı olmayan, lakin mehriban Feozvanın yanında sığınmaq istədi. O, böyük bacısı Olqaya məktub yazdı: "Əzizim, bu Fizadır. Əgər pulum olsaydı onunla evlənərdim!". Anasının ölümündən sonra Olqa kiçik qardaşına analıq edirdi və bütün məsuliyyəti öz boynuna götürdü.

Mendeleyev bacısına etdiyi etirafından az sonra evləndirildi. Sonra isə Mitya arvadı ilə darıxdığını, ona qarşı heç bir hisslər yaşamadığını etiraf etməyə başladı. Olqa dedi: "Sən indi ərsən. Ondan imtina etsən, Fiza nə vəziyyətə düşəcək, bilirsən?". Üç uşaq dünyaya gətirən Fiza bərk naxoşladı, çallaşdı və kökəldi. Bundan əlavə, Fiza ərindən 6 yaş böyük idi. Dmitri İvanoviç isə Bunzenin dili ilə desək gənc alimə yaraşmayan qızğın ehtirasını arvadına qarşı göstərmirdi.

Hələ bir dəfə Mendeleyev onların evində yaşayan qızının mürəbbiyəsi ilə eşqbazlıq etməyə başladı. O, hətta mürəbbiyəyə evlilik təklifi etməyə də hazırlaşırdı. Lakin arvadının qorxusundan ailəni dağıtmaq fikrindən yayındı.

O vaxtdan etibarən Mendeleyevin xasiyyəti korlandı. Peterburqda lətifə əvəzinə onunla bağlı olan olmuş hadisəni danışardılar: bir neçə universitet professorları ilə general-qubernatorun yanına çağırılmış Mendeleyev, rus-türk müharibəsinin qəhrəmanı qradonaçalnikə qışqırıb: "Siz necə cürət edib məni hədələyirsiniz? Siz adi əsgərsiniz, vəssalam! Avamlığınızı nəzərə alıb demək istəyirəm ki, bilirsiniz mən kiməm?! Dövrü sistemin nə olduğunu bilirsiniz? Cavab verin!".

O bu cümlələri ilə evdəkiləri də bezdirmişdi.

Dmitri İvanoviç mənasız yerə hirslənə, qışqıra, əşyaları yerə çırpa bilirdi. Daha çox işlədiyi vaxt dəhlizdə uşaq addımları, qulluqçunun kabinetə əlində məcməyi ilə daxil olmasına dözə bilmirdi. Belə vaxtlarda Feozva Nikitiçna dodaqlarına dişləyib ağlayardı: "Zalım!". Sonra isə zalım, bir saat pəncərə qarşısında dayanıb saxta tenor səsi ilə mahnı oxuyardı. Yox, Dmitri İvanoviç ailə həyatı üçün yaranmayıb! Onun işi gücü elə palıdın koğuşuna daxil olub bütün günü orada işləmək idi.

"Bu nə bədən formasıdır?"- bir satıcı digər satıcıya gənc oğlanı göstərib dedi: gəncin saqqal və saçı çiyinlərinə tökülür, əlində siqara, əynində yaraşıqlı palto və keçə çəkmə. "Sənsən bədən forması!"- ikinci satıcı cavab verib uzaqdan-uzağa gənc oğlana salam verdi. "O ki, bütün Peterburqda məşhurdur!". Söhbətə üçüncü satıcı müdaxilə etdi: "Yox əşşi, o, Peterburqda qədəhin dibinə kimi içki içən kimi tanınır. Bütün Rusiyada bir nömrəli əyyaş! Görürsən, necə geyinib?".

Mendeleyev həqiqətən də qəribə geyinərdi. Məsələn, Dmitri huşsuzluq ucbatından böyük oğlunun nişan mərasiminə boz ev səndəlində gəlmişdi. Dmitriy İvanoviç dünyada heç kimin geyinmədiyi nadir bluzka geyinərdi.

Əslində özü az içsə də, bütün Peterburq əhalisini arağa qonaq edirdi. Daha doğrusu qəzetlərdə belə bir elan yapışdırırdı: çörək arağının dadına baxmaq üçün könüllülər tələb olunur. Onun laboratoriyasının qapısında insan kütləsi yığışardı.

Ümumiyyətlə Mendeleyev üç şeyin öhdəsindən gələ bilmirdi: ailə həyatı, şahmat və ictimaiyyət qarşısında çıxışlar. Hər dəfə çıxışı zamanı Mendeleyev sanki ağlayırmış kimi səslə danışır və sözləri uzadırdı.

Qalan şeylərin isə öhdəsindən Mendeleyev mahircəsinə gəlirdi. Məsələn, məhkəmə ekspertizası, pendir tutma, ruh çağırma, gömrük tarifinin yenidən işlənməsi, su-hava nasosunun ixtirası, kerosin lampalarının təkmilləşməsi, buzqıran gəminin layihələşdirilməsi, rus metr sisteminin müasirləşməsi və ticarət casusluğu... Amerikaya səfəri zamanı Mendeleyev rus neftçilərinin istəyi ilə yerli neftin sirrini öyrənməyə çalışırdı.

Dmitri İvanoviç böyük oğlunu qalan bütün uşaqlardan çox sevirdi. Vladimir çox istedadlı, məqsədə doğru gedən və rus donanmasının ümid bəslədiyi insan idi. Təəssüf ki, Vladimir həyatda çox iş görə bilmədi: dənizçilik məktəbində təlim görmüş oğlan tezliklə xəstələnərək ağciyər iltihabına tutuldu. Heç kim yaşlı və ahıl dövrünü yaşayan Mendeleyevə oğlunun ölüm ayağında olması xəbərini demirdi.

1898-ci il dekabrın 19-da alim Marian teatrının tamaşasına təşrif buyurmuşdu. Bu zaman teatr zalına əyləşən insanlar arasında həyəcanlı pıçıltı baş qaldırdı. Hamı gözünü alimə zilləmişdi. Vladimir Mendeleyevin ölüm xəbərini dahi alimdən başqa hamı bilirdi...

Mendeleyev arvadını günahlandırırdı. Çünki hamı ondan oğlunun xəstə olduğunu gizlətmişdi. İndi isə onun son ümid yeri Volodyanın oğlu 3 yaşlı Dmitri idi: "Mityanı mənə verin, Allah xətrinə mənə verin. O, mənim sevincimdir! Onu oğlum kimi bəsləyəcəm"- Mendeleyev gəlininə yalvarırıdı.

Əlbəttə, uşağı dahi alimə vermədilər. Böyüklər uşaq üstündə mübahisə apardığı vaxt balaca Mitya appendisitdən vəfat etdi. Bundan sonra, qoca Mendeleyev ağlını itirməyə başlayırdı. O, artıq oxuya və yaza bilmirdi, çünki katarakta getdikcə inkişaf edirdi.

1908-ci il yanvarın 20-də Mendeleyevin qəbrini üstündə yalnız 3 söz yazılmışdı: Dmitri İvanoviç Mendeleyev. O, hələ sağlığında qəbrinin üstündə hər hansı bir tərif, mədh kimi sözlərin yazılmasından imtina etmişdi...

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm