Bilgi.az
Çinin həbsxana kimi məktəbi - FOTOLAR
Çində yerləşən məktəblərin biri dəmir şəbəkələri ilə ölkə mətbuatının gündəmindən düşmür.
Publika.az-ın məlumatına görə, son 6 ayda 2 tələbə özünü ataraq intihar etdiyi üçün təhsil müəssisəsi başdan-başa dəmir şəbəkələrlə əhatələnib. Şagirdlərin intiharına gəlincə, araşdırmalar zamanı məlum olub ki, təhsil proqramının ağırlığı onları bu addımı atmağa vadar edib.
Eyni zamanda Çinin Henqşuy məktəbi ölkənin ən yaxşı təhsil müəssisələrindən biri hesab olunur. Pekin Universitetinin tələbələrinin 80 faizi məhz bu məktəbdən çıxır. Bununla belə, şagirdlər məktəbdəki hərbi rejimdən narazılıq edirlər. Onların sözlərinə görə, burada şagirdlərə çoxlu məhdudiyyətlər qoyulur. Məsələn, şagirdlərdən biri məktəbi tənqid edərək deyib: "Şagird dərsə gecikdiyi təqdirdə ağır cəzalandırılır, ciddi geyim geyinməyə məcbur edilir. Müəllimlər bizə tez-tez bu sözləri deyir:
"Geridə qalma, xəstələnmə, böyüklərin əleyhinə danışma, pis əhval-ruhiyyədə olma, yavaşlama, gülmə, sinif yoldaşlarınla çox danışma, dərsdə yatma, qələmi çeynəmə, tez-tez tualetə getmə".
Biz dərsə getmək üçün səhər saat 5:30-da yuxudan oyanırıq. Axşam isə 10:10-da yatağa uzanana qədər 12 dərs keçirik. Naharı 15 dəqiqəyə yeməliyik və yatarkən ayaqyoluna getməyə icazə verilmir. İntiharların sayını azaltmaq üçün məktəbə vurulan qəfəs müəssisəni həbsxanaya oxşadıb. Məktəb sevgi və qayğını aşılasaydı, daha yaxşı olardı".
Nura
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi