Gələcəyin mətbəxi belə olacaq - VİDEO
Bizi izləyin

Bilgi.az

Gələcəyin mətbəxi belə olacaq - VİDEO

IKEA şirkəti gələcəyin mətbəxini təsvir edib. Şirkətin dizaynerlərinin fikrincə, 10 ildən sonra mətbəxdə müxtəlif texniki avadanlıqlar olmayacaq. Mətbəxlərdə vahid ideoloji kompleks təşkil ediləcək.

Gələcəyin mətbəxində əsas rolu özündə bir neçə funksiyanı birləşdirən universal masa oynayacaq. Quraşdırılmış kamera masadakı ərzaqları tanıyacaq. Masanın üzərində isə hər ərzağın proyeksiyası, bu inqredientlərdən hazırlanması mümkün olan yeməklərin reseptlərini göstərən ekran olacaq.

Masaya quraşdırılmış qızdırıcı cihazın köməyilə yeməkləri elə həmin masada hazırlamaq mümkün olacaq. Bu cihazlar həmçinin fincandakı çay və ya kofenin temperaturunu saxlamağa imkan verəcək, eləcə də onların köməkliyi ilə smartfon və ya planşetləri akkumulyatorunu doldura biləcəklər.

Ağıllı masanın bütün potensial imkanlarını nümayiş etdirən videoçarx YouTube-a yerləşdirilib:



Təqdim edilmiş gələcəyin mətbəx konsepsiyası ərzaqların ənənəvi saxlanma üsullarından imtinasını da nəzərdə tutur. Konsepsiyanın müəllifləri ehtimal edirlər ki, 10 ildən sonra ərzaqları evlərə pilotsuz cihazlar çatdıracaqlar və bu da ehtiyat ərzaqdan imtinaya imkan verəcək. (ans)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm