Alzeymer xəstələri üçün xüsusi corab ixtira edildi
Bizi izləyin

Bilgi.az

Alzeymer xəstələri üçün xüsusi corab ixtira edildi

Alzeymer xəstələrinin ən böyük problemlərindən biri də itməkdir. Onlar evdən xəbərsiz çıxır, sonradan isə evin yolunu xatırlamır, polisə məlumat verə bilmirlər.

16 yaşlı Kennet Şinozukas alzeymerdən əziyyət çəkən və tez-tez evdən qaçan babası üçün xüsusi corab ixtira edib.

Sensorlu olan həmin corabdan hazırda Amerikanın Kaliforniya ştatındakı bir neçə qocalar evində istifadə edilməyə başlanılıb.

"Safewander" adlandırılan corab xəstə ayağa qalxıb yeriməyə başladığı anda dabanındakı sensor sayəsində "bluetooth" vasitəsiylə xəstənin yaxınlarının və ya həkimin telefonuna siqnal göndərir.

Beləliklə, xəstənin evdən xəbərsiz çıxmasının və itməsinin qarşısı alınır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm