• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Facebook paylaşdı, atasını "yandırdı"

  • Maraqlı
  • 3 Mart 2014 17:51
  • 471 Baxış
Facebook paylaşdı, atasını "yandırdı"

Bu günlərdə sosial media vasitəsilə bir çox şeyi paylaşsaq da bəzi hallarda bunun əvəzi çox ağır ola bilir. Eynilə gizlilik müqaviləsini unudub fikirlərini yazan və bununla da atasının 80 min dollar pul cəriməsi almasına səbəb olan Dana kimi.

Movqe.Az xəbər verir ki, Floridada yaşayan və bir müddətdir atasının Gulliver Hazırlıq Məktəbi ilə olan iddia müddətini yaxından izləyən Dana Snay , iddianın atası lehinə nəticələnməsi ilə Facebookdan bu vəziyyəti 1200 yoldaşıyla paylaşdı və bu sətirləri yazdı: "Anam və atam "Gulliver"ə qarşı iddianı qazandı, artıq Gulliverdən aldığım pulla Avropaya tətilə çıxaram. "

Lakin gənc qızn unutduğu bir şey vardı: O da Snayın ailəsinin məktəb ilə gizlilik müqaviləsinə görə məhkəmə qərarı və prosesilə əlaqədar hər hansı bir inkişafı heç kimlə paylaşmamasıdır.

Lakin Snay bunu unudub içində Gulliver məktəbindən yoldaşlarının da olduğu Facebook hesabından məhkəməylə əlaqədar məzmun paylaşdıqda, bunun cəzası Dananın atasına kəsildi və gizlilik müqaviləsinə zidd hərəkət edildməsi səbəbiylə 80 min dollar pul cəriməi verildi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR