• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Lənətlənmiş və bədbəxtlik gətirən əşyalar – FOTOLAR

  • Maraqlı
  • 3 May 2015 19:56
  • 4 313 Baxış
Lənətlənmiş və bədbəxtlik gətirən əşyalar – FOTOLAR

Ömrümüzdə bir dəfə də olsun sahibinə uğursuzluq və ya bədbəxtçilik gətirə bilən hər hansı bir lənətlənmiş əşya haqda eşitmişik. İnsanların iddiasına görə, bu lənətlənmiş əşyalar ya maliyyə, ya fiziki, və ya daha pis zərərlər vura bilir. Belə hekayələr nə dərəcədə həqiqətə uyğundur? Bəziləri inanmasa da, öz gözləri ilə şahidlik edənlərin də sayı az deyil.

Publika.az "Bizim tərcümə" layihəsində qəribə hadisələrlə dolu olan dünyamızda baş verən izaholunmaz hadisələri təqdim edir.

Elmo

1996-cı illərdə ABŞ-da "Sezam küçəsi" televiziya şousu məşhur idi. Həmin şounun ulduzu isə Elmo adlı kukla idi. Uşaq proqramı ilə böyüyən uşaqlar da Elmo kuklalarını mağazadan alırdılar. Lakin bizim hekayənin Elmosu tam fərqli idi. 2008-ci ildə 2 yaşlı Ceyms Bouman da Elmoya sahib olan xoşbəxt uşaqlardan biri idi. Bu oyuncaq proqramlaşmaya görə, konkret adam adını deyə bilirdi. Ceymsin kuklası isə daha da irəli gedərək tam fərqli söz deyirdi: "Ceymsi öldürmək". Sonda isə Ceymsin anası dözməyərək oyuncağı tullamalı oldu.

Ümid almazı

Bu almazın 1,1 milyard yaşının olduğu ehtimal olunur. Hazırda almaz Smitsonov muzeyində saxlanılır və qiyməti 200-250 milyon dollardır. Rəvayətlərə görə, almaz sahiblərinə bədbəxtçilik gətirir. Məsələn, almazın sahiblərindən birini itlər parçalayıb, digəri isə fransızların təpiyi altında qalıb.

Basbi kreslosu

Bəzi məlumatlara əsasən, kreslo ingilis əyyaşı və qatili Tomas Basbi tərəfindən lənətlənib. 1702-ci ildə ölüm hökmünə məhkum edilmiş Basbi , atalığını qətlə yetirdiyi kreslonu lənətləyib. Onun atalığı sevimli kreslosunda əyləşərkən Basbi onu boğub. Ona görə də, kresloda oturan hər bir insanın başına dəhşətli fəlakətlər gəlir.

"Ağlayan oğlan" şəkili

Bruno Amadionun "Ağlayan oğlan" rəsm əsəri də lənətlənmiş əşyalardan hesab olunur. Elə ehtimal olunur ki, oğlanın şəkili evdə yanğına səbəb olur. "The Sun" mətbuatının yazdığına görə, 1985-ci ildə bir ailəyə məxsus olan ev yanğın nəticəsində məhv olub. Lakin yanmış evdə bircə bu şəklə ziyan dəyməyib.

"The Hands Resist Him" ("Əllər ona müqavimət göstərir") şəkili

Şəkil 1972-ci ildə Bill Stounhem tərəfindən çəkilib. Əsər 2000-ci ildən satışa qoyulsa da, bir çoxları onu lənətlənmiş olduğunu güman edir. Məsələn, şəkilin sahiblərindən birinin kiçik qızı rəsm əsərindəki fiqurların gecələr canlandığını deyib. Qızın valideynləri uşağın dediklərinə əmin olmaq üçün gizli kamera qoşub və sübut ediblər.

Tutanxamonun tabutu

Dünyada ən məşhur lənət Tutanxamonun tabutu ilə bağlıdır. Tabutu aşkar edən Hovard Karterə görə, tabutu tapdalayan şəxsin başına bədbəxt hadisə, xəstəlik və ölüm gələ bilər. Bu şayiələri nəzərə alaraq demək olar ki, Karterin sponsoru Karnarvon infeksiyalı ağcaqanad dişləməsindən ölüb. Onun ardınca isə tabutun açılışında iştirak edən 20-dən artıq insanın hamısı vəfat edib.

Buz adamı

Etzi mumiyası da özü ilə lənət daşıyır. Buz adamı kimi tanınan mumiya 1991-ci ildə İtaliyanın dağlarında aşkar edilib. Ehtimala görə, mumiya eramızdan əvvəl 3300-cü illərdə yaşayıb. Bu mumiya 7 adamın ölümünə səbəb olub. Məsələn, tibbi ekspert Rayner Henn dəhşətli yol qəzasında, alpinist Kurt Fritz qar uçqununda, mumiyanı tapan Helmut Simon qayadan yıxılaraq ölüb.

Telefon nömrəsi: +359 888 888 888

Bir çoxları telefon nömrəsini fiziki obyekt hesab etmədiyi üçün ondan gələn hər hansı bir zərərə inanmaya bilər. Lakin elə deyil. Yuxarıdakı nömrəyə sahib olan hər kəsin başına bədbəxt hadisə gəlib. Məsələn Bolqarıstanın mobil rabitə şirkətinin baş direktoru. Direktor 48 yaşında xərçəngdən vəfat edib. Ondan sonra bu nömrəyə sahib olan iki dələduz isə özünü güllələyib.

Bassano vazası

Əfsanəyə görə, gümüş vaza hələ XV əsrdə hazırlanıb və toy günü gəlinə hədiyyə olunub. Həmin gecə gəlin qətlə yetirilib və səhəri gün gəlin əlində vaza ilə tapılıb. Vaza sonradan nəsillikcə ötürülüb və onu evində saxlayan hər kəs bir müddətdən sonra ölməyə başlayıb. İnsan ölümlərinin sayı artdıqdan sonra vazanı gizlətmək qərarına gəliblər. 1988-ci ildə vaza satışa çıxarıldı və qədimi əşyaya sahib çıxan əczaçı 3 aydan sonra öldü. Onun ardınca ailənin daha 3 üzvü həlak oldu. Sonda əczaçının ailəsi vazanı polis bölməsinə aparaq əşyanın gizlədilməsini xahiş etdi.

Dibbuk mücrüsü

Yəhudi folkloruna görə dibbuk pis ruhdu. Deyilənlərə görə, pis ruhu Holokostu yaşayan insanlardan biri çağırıb. Həmin adam hansısa bir şəkildə ruhu mücrünün içinə sala bilib. 2001-ci ildə Kevin Mannis adlı şəxs həmin mücrüyə sahib olub. Lakin bundan sonra o qarabasmalar görməyə başlayıb. Dediyinə görə gözünə hər dəfə qoca ifritə görünüb. Mannis mücrünü anasına verib və həmin günü qadın insult keçirib. Bundan sonra mücrü satılıb və onun yeni sahibi Ceyson Hakston da gecələr qarabasmadan şikayət etməyə başlayıb. Vaxt keçdikcə isə o, nadir dəri xəstəliyinə yoluxub.

Mirtov plantasiyasından olan güzgü

Mirtov plantasiyası dünyada ən qorxulu yerlərdən biri hesab olunur. ABŞ-da yerləşən plantasiya ruhların ən çox olduğu yerdir. Plantasiya 1796-cı ildə hindu qəbilələlərinə məxsus qəbiristanlığında salınıb. Bəzi məlumatlara görə də, plantasiyada 10 insan qətlə yetirilib. Oradakı ən vacib atributlardan biri də zəhərlənərək öldürülmüş Sara Vudraff və uşaqlarının ruhunun yaşadığı güzgüdür. Adətə görə, evdə bir kəs öləndə güzgülərin üzəri örtülür. Lakin hər hansı bir səbəbdən Sara və uşaqlarının ruhu güzgüdə ilişib qalıb.

Gəlin paltarı

Bu gəlin paltarı nə zamansa Anna Beykerə məxsus olub. Lakin Anna bir dəfə də olsun gəlinliyini geyə bilmədi. Çünki onun atası qızın sevgilisini qovub. Sonradan paltar muzeyə təhvil verildi. Şahidlərin sözlərinə əsasən, gəlinlik paltarı bədr gecələrində öz-özünə yeriyir.

Belkort qəsrindəki kreslo

Belkort qəsri tarixçilər arasında ruhlarla bağlı hekayələrlə zəngindir. Hekayələr daha çox iki kreslo ilə bağlıdır. Həmin kresloda oturmağa çalışan hər bir kəs özünü pis hiss etdiyini, bədəninin üşüdüyünü deyir. Onlara elə gəlir ki, kiminsə üstündə oturub. Hətta, elə bir hadisə də olub ki, kresloda oturan şəxsi sanki kimsə tutaraq yerə tullayıb.

Kukla Annabell

1970-ci ildə kuklanı bir Donna adlı qadın öz qızı üçün əntik mağazadan alıb. Əvvəlcə kukla heç bir oyuncaqlardan fərqlənmirdi. Lakin vaxt keçdikcə qəribə hadisələr baş verməyə başlayıb. Məsələn, qadının qızı və qonşusu otağa daxil olarkən kuklanı müxtəlif yerlərdə tapıb. Sonra isə daha dəhşətli hadisələr baş verməyə başlayıb. Donna kuklanın yanında "Bizə kömək et" cümləsi yazılmış məktub tapıb. Kuklanın üstündə isə çoxlu qan ləkələri olub. Donanın yoldaşı kuklanı atmağı məsləhət görüb. Lakin həmin gün Donnanı yuxuda kimsə boğmağa başlayıb. Paranormal işlərlə məşğul olan Lorreyn və Eda Uorrenin fikrincə, kukla paralel dünyadan olan cinləri özündə saxlayır.

Tərcümə: Nərmin

Xəbər lenti

DAHA ÇOX XƏBƏR