Yenilməz imperatorun gəzəyən arvadı: Napoleon arvadının xəyanətlərini niyə bağışladı? - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Yenilməz imperatorun gəzəyən arvadı: Napoleon arvadının xəyanətlərini niyə bağışladı? - FOTOLAR

Deyirlər, hər bir dahi kişinin arxasında qadın dayanır. Söhbət Napoleon Bonapartdan gedirsə, onun haqqında bu deyimi dəyişərək belə demək olar: "...dahi qadın və çoxlu qadınlar dayanır". Fransız imperator zərif cinsin nümayindələrinə xüsusi rəğbət bəsləyirdi. Lakin o, ömrünü sonuna kimi bir qadını sevdi...

Publika.az "Bizim tərcümə" layihəsində tarixin ən məşhur məşuq və imperatoru Napoleon Bonapartın sevgi hekayəsini təqdim edir.

Dahi fransız sərkərdəsi və imperatoru Napoleon Bonapart 1821-ci ildə mayın 5-də 51 yaşında vəfat edib. Napoleon bir şəxsiyyət və bacarıqlı komandir kimi məşhurdur. Onun haqqında bir çox tarixi kitablar yazılıb, döyüşlərindən çox danışılıb. Lakin bu gün daha çox Bonapartın şəxsi həyat və yeganə sevgisindən danışacağıq.

Jurnalist, yazıçı və tarixçi Gi Bretonun sözlərinə görə, Napoleon ən azı 22 ciddi sevgi romanı yaşayıb. Napoleonun xarici görünüşü heç də qadınların zövqünə uyğun deyildi: onun boyu 1,51 santimetr, ölçüsü bir-birinə uyğun gəlməyən və qeyri-proporsional qolları, qısa ayaqlar və qeyri-proporsional bədən üzvləri... Onun hətta başı da qeyri-bərabər ölçüdə idi: iri çənə, çıxıntılı üz sümükləri, dərəyə düşmüş gözlər və nadir saqqal. Tarixçilərin sözlərinə görə, Napoleonun başı sanki çiyinləri arasında itirdi. Onu hətta, donqar olmasını qeyd edənlər də az deyil. Tez özündən çıxan, qapalı və eqosentrik Napoleon heç zaman insanlardan şikayət etməzdi. O, sadəcə olaraq qüsurlarını ört-basdır etmək üçün daha da ucalmaq və nailiyyət əldə etmək istəyirdi. Sevgililərini dalbadal dəyişməklə Napoleon özünəminlik yaratmağa çalışırdı. Napoleon nə qədər görkəmsiz olsa da, karyerasının zirvəsində qadınlar onun dalınca sürünməyə belə hazır idi.

25 yaşında Napoleon hərbi həyat və inqilabi tələblərdən yorulub evlənməyə qərar verdi. O, əyalətdən olan xoşagəlimli 16 yaşlı Dezire Klari ilə ailə həyatı qurdu. Lakin cütlük tezliklə boşandı. Bonapart boşandıqdan sonra düşdüyü cəmiyyətin sayəsində qadınların diqqətindən məhrum olmadı. Napoleon dul qalmış Boqarneni səcdəgaha aparmaq fikrinə düşdü.

Napoleon Bonapart bu qadını ömrünün sonuna kimi sevib. Jozefinanın yaşca ondan böyük olması, onun ərinə etdiyi xəyanətlər, əvvəlki ərindən uşaqlarının olması və Fransa imperatoruna vəliəhd verə bilməməsinə baxmayaraq Napoleon Jozefinanı bütün qəlbi ilə sevib. Tarixçilər bu sevginin gücünün nədən ibarət olmasını hələ də aydınlaşdıra bilməyib.

Napoleon və Jozefinanın tanışlığı haqqında bir çox versiyalar irəli sürülür. Bəziləri onların tədbirlərin birində tanış olduğunu hesab edir. Napoleon karyerasının zirvəsinə ucalan milli qəhrəman idi. Ona görə də, qadınlar qəhrəmanın ətrafında pərvanə kimi dolanırdılar. O, Parisin bir çox tədbir və məclislərində görünərdi. Demək, Jozefina ilə tanışlıq həmin məclislərin birində baş tuta bilərdi.

Lakin onların tanışlığı haqqında yayılmış ən geniş versiya Jozefinanın qızı Hortenziyanın irəli sürdüyü hekayədir. Onun qələmə aldığı məlumatlarda bildirilir ki, cütlüyün tanışlığı Napoleon Bonapartın Paris əhalisinin silahsızlaşdırılması haqqında əmr verdiyi zaman baş tutub. Həmin vaxt Napoleon kiçik bir oğlanın gözlənilməz diləyi ilə üz-üzə qalıb. Kiçik oğlan Napoleonun iqamətgahına gələrək atasının xatirəsini əbədiləşdirmək üçün qılıncını özündə saxlamaq istəyib. Uşaq qılıncın əlindən alındığı təqdirdə özünü öldürəcəyi ilə hədələyib. Napoleon uşağın cəsarət və hekayəsindən təsirlənərək istəyini yerinə yetirib. Napoleon oğlunu cəsur igid kimi tərbiyə edən və onu mərd şəxsiyyət kimi böyüdən anası ilə də tanış olmaq istədiyini bildirib. Jozefina oğlunun istəyini yerinə yetirdiyi üçün sərkərdəyə öz minnətdarlığını bildirmək üçün Napoleonun iqamətgahına üz tutub. Jozefinanı görən Bonapart kimi bir könüldən min könülə aşiq olub.

Napoleon gözlərini Jozefinadan çəkə bilmirdi. Qadının aydın üz cizgiləri, uzun kirpikləri incə gülüşü, hamar dərisi və şabalıdı saçları vardı. Jozefina sanki kişiləri cəlb etmək üçün yaranmışdı. Jozefinanın tilsiminə Napoleon da düşdü. Jozefina Napoleondan həqiqi yaşını gizlədib ona qarşı qeyri-səmimi olsa belə, fakt öz faktlığında qalırdı. İntim münasibətlərdə az təcrübəyə malik olan Napoleon Jozefinanın "yataq bacarığından" məmnun qalmışdı.

Napoleon Jozefinaya o qədər sevirdi ki, dul qadının ona ərə gəlməsi üçün yalvarırdı. Gənc kişinin ehtiraslı sevgisi Jozefinanın hələ də, qadın gözəlliyini qoruyub saxlaya bilməsinə sübut idi. Əlbəttə, Jozefina ona ərə getməyə razılıq verdi. Çünki Jozefina uzaqgörən qadın idi. O, Napoleonun bir gün daha yüksək zirvələrə qalxacağını hiss edirdi...

1796-cı ildə nikah məmuru gənc cütlüyün istəyi ilə yaşlarını dəyişərək onlar rəsmən ər-arvad elan edir: Nikah şəhadətnaməsində ər 28, gəlin isə 29 yaşında göstərilir. Əslində isə Napoleon 26, Jozefina isə 32 yaşında idi. Napoleonun Jozefinaya toy hədiyyəsi kimi təqdim etdiyi üzüyün arxasında bu cümlələr yazılmışdı: "Bu taledir".

Toydan 2 gün sonra Napoleon adi həyat tərzinə qayıtdı: müharibələr, böyük siyasət, Afrikaya hərbi əməliyyat... Müharibə və Napoleonun səyahətləri sanki "ailə" üzvünə çevrildi.

Napoleon qarşılaşdığı hər bir poçt stansiyasından Jozefinaya xahiş, yalvarış, hədə dolu məktublar yollayaraq arvadının onun yanına gəlməsini istəyirdi: "Xəbərdarlıq edirəm, ləngisən gəlib məni xəstə görəcəksən". Napoleon 6 dəfə zəfər çalsa da, qızdırma, öskürək ona macal vermirdi. "Sən gələcəksən, düzdür? Burada mənim ağuşumda olacaqsan" - Napoleon arvadının yolunu gözləyərək yazırdı. Lakin Parisin şahzadəsinə çevrilən Jozefina Afrika materikinə getməyə və o həyata hazır deyildi. Müxtəlif bəhanələrlə ərinin yanına getmirdi.

Parisdə tənha qalan Jozefinanın temperamentli kreol xasiyyəti özünü göstərirdi. Napoleona arvadının Parisdəki xəyanətləri haqda xəbərlər gəlib çatırdı. 17 ay evdən uzaq olan Napoleon qayıtdıqsan sonra ona arvadının sədaqətsizliyi haqda mübahisəsiz sübutlar təqdim olundu. Düzdü, Napoleon da arvadına sadiq qalmamışdı, hər halda imperator sevimli qadınını başqa kişilərlə bölüşə bilmirdi. Nəticədə, Napoleon onunla boşanmağa qərar verdi. Lakin uzun yalvar - yaxardan sonra Jozefina onu yola gətirə bildi və ayrılmadılar. Napoleonun sevgisi qısqanclığına üstün gəldi.

"Jozefina taleyimin mənə hədiyyə etdiyi göz muncuğudur. Uğurlarıma görə yalnız ona minnətdaram"

Həqiqətən də, Jozefina Napoleona ruh yüksəkliyi verirdi. Hər müharibədən əvvəl, Napoleon arvadının portretinə baxaraq ikona kimi dualar edərdi. Ümumiyyətlə, Napoleon hər döyüşdən əvvəl Jozefinanın adını çəkərək müharibəyə girərdi. O, təkcə Jozefina ilə hərbi əməliyyatlarını, sevgi macəralarını müzakirə edə bilirdi.

Napoleon arvadından kənar qalsa da, daim qadınların əhatəsində idi. Bununla belə, Napoleon üçün Jozefina bütün qadınlardan üstün idi.

1804-cü ildə Napoleon imperator, Jozefina isə imperatriça titulu aldı. Napoleonun qohum-əqrəbası əvvəlcədən Jozefina ilə nikahın əleyhinə olduqları üçün imperatriçanın 2 metrlik şleyfini daşımaqdan imtina etdilər. Əsəbiləşmiş Napoleon qohumlarını Jozefinaya görə sürgün etməyə də hazır idi. Bu təhdidlərdən sonra Napoleonun əmisi qızları imperatriçanın şleyfini daşımağa məcbur oldular.

Tacqoyma mərasimindən sonra onların münasibətləri də soyumağa başladı. Bundan əlavə, Jozefina Fransa imperatorunun arzusunda olduğu vəliəhdi verə bilmədi. Bu isə, sülalənin sona çatması idi.

Siyasi maraqlara uyğun olaraq və dövlətçiliyi saxlamaq üçün Napoleon Jozefina de Boqarnedən boşanmaq qərarına gəldi. Sonsuzluqdan müalicə olunmaq üçün Jozefina əyalətə göndərilərkən Napoleon yeni arvad axtarışına çıxdı. Evinə qayıdan Jozefina boşanma prosesinə gəldi. Hər zaman özünü üstün tutan Jozefina alçaldıcı saray boşanma proseslərini yaşamalı oldu. Keçirdiyi stress nəticəsində onun dili bir müddət belə söz tutmadı.

Boşandıqdan sonra imperator 1810-cu ildə Avstriya şahzadəsi ilə ailə həyatı qurdu. Şahzadə Mariya-Luiza imperatora II Napoleonu bəxş etdi. Lakin II Napoleon da heç imperatora xoşbəxtlik gətirmədi... Onun doğulmasından az sonra Napoleon Vaterlo döyüşündə həlledici məğlubiyyətlə qarşılaşdı.

Napoleon həyatında bir neçə dəfə uğur və məğlubiyyətlərlə qarşılaşıb. Lakin həyatının ən ağır anı Müqəddəs Yelena adasına sürgün edildiyi vaxt yanında Jozefinanın olmaması idi. Napoleon adaya sürgün edilərkən avstriyalı arvadı onu müşayiət etməkdən imtina etdi. Amma Jozefina rus çarına müraciət edərək Napoleonun yanına getmək və orada onunla qalmaq istəyini bildirdi. Sadəcə Jozefinanın ölümü sevgilisi ilə son dəfə görüşməyə də imkan vermədi. Jozefina adicə soyuqdəymədən vəfat etdi...

Bonapartın həyatında qadınların sayı çox olsa da, onun qəlbində hər zaman Jozefina qaldı. Napoleon özü ölüm ayağında olarkən Jozefinanın adını dəfələrlə çəkərək gözlərini yumdu. Napoleon üçün Jozefina hər zaman pərəstiş edilən və imperatorun qəlbini əlinə ala bilən qadın kimi qaldı...

Napoleonun oğlu II Napoleon isə heç vaxt taxt-taca sahib ola bilmədi. Onun əvəzinə Jozefinanın nəvəsi III Napoleon hakimiyyətə gəldi. O, Jozefinanın qızı Hortenziyanın və Holland kralı Lüdovikin oğlu idi. Bu, Bonapart nəslinin sonu idi və Napoleon heç vaxt tarixin bu hissəsini görə bilmədi. Çünki o, Müqəddəs Yelena adasında Jozefinanın vəfat etdiyi yaşda (51 yaş) və eyni ayda (may) vəfat etdi. Son sözlər isə belə oldu: "Fransa, ordu, avanqard, Jozefina".

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm