Eynşteynin beyni ən qorxulu muzeydə - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Eynşteynin beyni ən qorxulu muzeydə - FOTOLAR

ABŞ-ın Filadelfiya şəhərindəki Mutter muzeyi dünyanın ən qorxulu yerlərindən biri hesab olunur.

Publika.az xəbər verir ki, geniş kəllə və skelet kolleksiyası ilə məşhur olan muzeydə ziyarətçilərin diqqətini çəkən eksponatlardan biri də məşhur fizik Albert Eynşteynin ölümündən sonra icazəsiz dilimlənən beynidir.

Dünya tarixinin ən ağıllı insanlarından sayılan alman fizik Albert Eynşteyn 1955-ci ildə ölmədən əvvəl cəsədinin yandırılmasını istəyib. Ailəsi də onun istəyini yerinə yetirmiş və külünü ABŞ-ın şimali-şərqindəki Delavar çayına töküblər.

Ancaq Eynşteynin yandırılan bədənində beyni və gözlərinin olmadığı sonradan məlum olub. Həmin gecə xəstəxanada Tomas Harvey növbətçi idi. Cəsədi yandırmaq üçün hazırlayan Harvey onun beynini gizlədərək özü ilə evə aparıb. Hökümət də daxil olmaqla hamı beynin geri qaytarılmasını tələb etsə də Harvey bunu qəbul etməyib. Buna görə onu işdən çıxarıblar. Harvey beyini yalnız elmi təqdiqatda istifadə edəcəyinə söz verdikdən sonra ailəsi iddialardan əl çəkib. Harvey məşhur alimin beynini dilimləyib. Enşteynin beyni 53 il sonra oğurlandığı Priston xəstəxanasına qaytarılıb və Hervey bundan üç il sonra özü də vəfat edib.

Eynşteynin beyninin boz maddəsi hazırda muzeyin ən çox ziyarətçi çəlb edən parçasını təşkil edir.

Onun beyni beyin mütəxəssisləri tərəfindən tədqiq edilib. Belə nəticəyə gəlinib ki, Albert Enşteynin beyni normal insanın beyni ilə müqayisədə bəzi hüceyrələrinin çox olması ilə fərqlənir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm