Dünyanın ən xoşbəxt anaları hansı ölkədə yaşayır?
Bizi izləyin

Bilgi.az

Dünyanın ən xoşbəxt anaları hansı ölkədə yaşayır?

"Save the Children" (Uşaqları xilas edin) təşkilatının dünyanın 179 ölkəsində "Dünya analarının vəziyyəti" mövzusunda apardığı araşdırmanın nəticələri yayımlanıb.

Mütəxəssislər bildirirlər ki, araşdırma zamanı dünyanın müxtəlif ölkələrində yaşayan anaların həyat şərtləri, gəlirləri, təhsil səviyyələri, siyasətə təsir dairələri, anaların ölüm və doğum nisbətləri kimi kateqoriyalar üzrə tədqiqatlar aparılıb.

Publika.az xəbər verir ki, araşdırmanın nəticəsinə görə, ən xoşbəxt anaların diyarı Norveçdir.

Onu Finlandiya, İslandiya, Danimarka, İsveç, Hollandiya, İspaniya, Almaniya, Avstraliya və Belçika izləyir.

Siyahıda 170-ci yerdə Haiti respublikası yer tutub. Onu Qvineya, Çad, Fildişi sahili, Qambiya, Nigeriya, Mali, Mərkəzi Afrika Respublikası və Konqo izləyir.

Dünyanın ən bədbəxt anaları isə siyahının sonunda yer alan Somalidə yaşayır.

Siyahının ilk onluğunda sıralanan ölkələrdə 12 min 166 qadından biri doğum əsnasında həyatını itirərkən, siyahının sonlarında yer alan 10 ölkədə doğum zamanı 30 qadından biri ölür.

İnkişaf etmiş ölkələrdə yeni doğulan 290 körpədən biri, inkişaf etməmiş ölkələrdə isə 8 körpədən biri həyatını itirir.

İnkişaf etmiş 10 ölkədəki qadınların illik gəlirləri 50 min 880 avro, inkişaf etməmiş ölkələrdəki qadınların illik gəliri isə 575 avro təşkil edir.

Qeyd edək ki, ötən il ən xoşbəxt anaların ölkəsi Finlandiya seçilmişdi.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm