Universiteti 35 ildən sonra bitirdi - FOTO
Bizi izləyin

Bilgi.az

Universiteti 35 ildən sonra bitirdi - FOTO

Böyük Britaniyada yaşayan təqaüdçü Rey Reddik universiteti nə az, nə çox, düz 35 ildən sonra bitirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 67 yaşlı Böyük Britaniya sakini bakalavr dərəcəsini Btayton şəhərində keçirilən təmtəraqlı mərasimdə qazanıb.

1963-cü ildə, 15 yaşında Reddik məktəbi ataraq işə düzəlib.1980-cı ildə isə o, "Open" Universitetdə iqtisadiyyat kursu keçməyə başlayıb.Təhsilinin 6-cı ilində akademik məzuniyyət götürüb, bu da 23 il çəkib.

2009-cu ildə yenidən akademik həyata qayıdan kişi iqtisadiyyat fənni ilə yanaşı, ispan dili dərslərini də götürməyə qərar verib.

Reddikin sözlərinə görə, əmək praktikası dövründə o, çörəkbişirən və Kral artilleriyasında atıcı kimi çalışıb.

O deyib: "İşçi ailəsindən gəldiyim üçün bir çox ailələrin övladları kimi məktəbi ataraq ticarətlə məşğul olmağa başlamışam".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm