Kim sülaləsinin qadınları - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Kim sülaləsinin qadınları - FOTOLAR

Dünyanın ən qapalı və sirli ölkələrindən biri də Şimali Koreyadır. Kommunist ölkəsində adi qlobal internet şəbəkəsinə çıxış imkanı, özəl mətbuat yoxdur və bir çox sahələrdə senzura mövcuddur. İlk baxışdan Şimali Koreya rəhbərlərinin şəxsi həyatı maraqsız görünə bilər. Lakin bu heç də belə deyil...

Publika.az "Bizim tərcümə" layihəsində Şimali Koreya dövlətinin birinci xanımları haqqında olan nadir faktları təqdim edir.

Şimali Koreya lideri Kim Çen İnin həyat yoldaşı Li Sol Çju son zamanlar ilk dəfə olaraq ictimaiyyət qarşısına çıxmağa başlayıb. Ölkəni Kim sülaləsinin ata və babası idarə etdiyi dövrlərdə isə belə bir qayda mövcud deyildi. Kim sülaləsinin təsisçisi çox nadir hallarda arvadını cəmiyyət arasına çıxarardı. Ata Kim Çen İr isə ümumiyyətlə heç bir sevgi romanlarını nümayiş etdirməzdi. Lakin hazırki ölkə rəhbəri nəinki nümunəvi ailə başçısı kimi görünməyə çalışır, hətta ata və babasından fərqli olaraq xanımına KXDR qadınları üçün tipik olmayan azadlıq və sərbəstlik verir.

Müasir Şimali Koreya quruluşuna görə nadir ölkələrdən biridir: dildə kommunist ideologiyasını irəli sürsə də, əslində Şimali Koreya mütləq monarxiyadır. Ölkədə nə dərəcədə kommunizm və sosializm meyillərinin qalması mübahisəlidir. Amma KXDR-in irsi xarakter daşıması mübahisə doğura bilməz. Hər bir monarxiyada qadınlar -rəhbərlərin arvadları, sevgililəri və məşuqələri böyük rol oynayır. O cümlədən Şimali Koreya da istisna deyil. İndi isə diqqət mərkəzində Kim Çen İnin gözəl arvadı Li Sol Çjudur. Bununla belə, ona qədər Kim sülaləsinin digər qadınlarının da maraqlı həyat hekayəsi olub.

Şimali Koreya dövlətinin təsisçisi Kim İr Sen (əsil adı Kim Son Çju) 1912-ci ildə Pxenyan şəhəri yaxınlığında, sonradan Çinə miqrasiya edən xristian fəalçılarının ailəsində dünyaya gəlib. 1930-cu illərin əvvəlində Şimali Koreyanın gələcək rəhbəri Çin Kommunist partiya sıralarına daxil olub. Bu fakt 1950-ci ildən etibarən Şimali Koreya nəşrlərindən çıxarılıb. 1930-cu illərdə Kim Çen İr Mancuriyada anti-yapon hərəkatına qoşulub və o, tədricən tanınmış partizan komandirlərindən birinə çevrilib. Lakin 1940-cı ildə yaponların təzyiqinə tab gətirməyərək sərhədi keçərək Sovetlər İttifaqına keçib.

Onun qaçaq düşməsindən az əvvəl isə Kim İr Sen yaponlara qarşı mübarizə aparan koreyalı qızla tanış oldu. Onun adı Kim Çon Suk idi.

Kim Çon Suk 1919-cu ildə Hveryon (Şimali Koreya) şəhərində dünyaya gəlib. Lakin uşaq ikən Kim Çon Sukun ailəsi Kim İr Senin ailəsi kimi vətənini tərk edərək Mancuriyada yaşamağa başlayıb. Əksər kənd qızları kimi o da, təhsil almamışdı. Böyük ehtimal ki, Kim Çon Suk partizan dəstəsində savada yiyələnib. Bundan əlavə, ölkənin birinci xanımı olacaq Kim Çon Suku Koreya əhalisi mehriban, gülərüz, işgüzar insan kimi tanıyıb.

Bütün bunlara baxmayaraq, Kim İr Sen və Kim Çon Sukun rəsmi nikahı olmayıb. Burada təəccüblü bir şey yoxdur: partizan dəstələrində nikah böyük əhəmiyyət daşımayıb.

Gənc partizanların ailə həyatı SSRİ tərəfə keçdikdən sonra başlayıb. Orada Kim İr Sen Sovet ordusunda kapitan rütbəsi alır və 88-ci batalyonun ayrıca briqadasına rəhbərlik edib. Həmin briqadanın bazasında Xabarovsk şəhəri yaxınlığında Kim Çon Suk və Kim Çen Sen ailəsində ilk övlad dünyaya gəlib. O, gələcəyin dahi rəhbəri, General Kim Çen İr idi. Uşağı rus adıyla çağırırdılar: körpəyə Yura deyirdilər. Görünür ki, Kim Çen Sen tezliklə vətənə qayıda bilməyəcəyini və ömrünün sonuna kimi rus zabiti kimi qalacağını düşünüb. Kim Çen İrin qardaşına da rus adı olan Şura deyərək (Şura Kim uşaq ikən bədbəxt hadisə nəticəsində həlak olub) çağırırdılar.

1945-ci il sentyabrda Kim İr Sen vətəninə qayıdıb tezliklə formalaşmaqda olan Şimali Koreya dövlətinə rəhbərlik etməyə başladı. Pxenyanda Kim Çon Suk bir daha uşaq dünyaya gətirdi: qız uşağına Kim Kyon Hi adını qoydular. Gələcəkdə Kim Çen İrin bacısı Şimali Koreya tikiş sənayesinə başçılıq edəcək, ordu generalı adına layiq görüləcək. Lakin rəhbərin bacısı 2013-cü ilin dekabrında qardaşı oğlu Kim Çen İni əmri ilə onun əri və eyni zamanda Mərkəzi Kommunist partiyasının katibi Çan Son Txeki güllələtdirdikdən sonra özü də siyasi arenadan yoxa çıxdı.

1949-cu ildə Kim Çon Suk doğuşu zamanı vəfat etdi. 1950-ci ilin əvvəlində Kim İr Sen ikinci dəfə ailə həyatı qurdu. Onun ikinci arvadı olan Kim Son E ya maşinist, ya da telefonçu olub (burada fikirlərdə ziddiyyət yaranır). O dövlət rəhbərindən 4 uşaq dünyaya gətirib.

Kim Çon Suk ölümündən sonra partizan dəstəsinin qəhrəmanı statusuna layiq görüldü. Eyni zamanda da 15 il ərzində Şimali Koreya nəşrləri bir dəfə də olsun Kim Çen İrin ikinci arvadından heç nə yazmadı. Dahi rəhbər və millətin günəşi hesab olunan Kim Çen İrin ikinci arvadının mövcudluğu haqda məlumatlar 1965-ci ildən sonra yayıldı. Həmin ildə ilk dəfə olaraq Kim Son E rəsmi tədbirlərin birində çıxış etdikdən sonra nəşrlər ondan yazmağa başladı.

1960-cı ildə Kim İr Sen arvadını Şimali Koreyada evdar qadınların mütləq şəkildə qoşulmalı olduğu Qadın İttifaqının sədri təyin etdi. Bununla yanaşı ölkədə Kim Son Enin fəaliyyətləri geniş vüsət almağa başladı. Məsələn, ölkədə Kim Son Enin inqilabi fəaliyyətinin araşdırılması üzrə mərkəzlər açıldı. Bu daha çox əri Kim İr Senin inqilabi fəaliyyətinin öyrənilməsi üzrə mərkəzə oxşayırdı. Lakin onun siyasi fəaliyyətinə oğulluğu Kim Çen İr son qoydu. 1970-ci illərdə Kim Çen İrin analığı yenə də ərinin kölgəsi altına keçərək yalnız dövlət tədbirlərində iştirak etməyə başladı.

1970-ci illərin əvvəllərində Kim İr Sen sosialist ölkəsində hakimiyyətin irsi keçməsinin əsasını qoydu. Onun yerinə qaydaya uyğun olaraq böyük oğlu Kim Çen İr gəlməli idi. Kim Çen İr hakimiyyətə gələr-gəlməz bütün potensial rəqiblərini neytrallaşdırdı. Kim İr Senin ikinci arvadından olan bütün uşaqları xaricə göndərilərək onlara diplomatik vəzifələr verildi. Bununla da, onun ögey bacı və qardaşları hakimiyyət uğrunda gedən intriqadan kənar qaldı.

Kim Çen İr Şimali Koreyanı irsi dövlətə çevirdikdən sonra mərhum anası Kim Çon Suku əbədiləşdirməyə başladı. Nəticədə, adi aşpaz və partizan bölməsində çalışan dərzi ölümündən sonra "Pektu Dağının Üç Dahi Sərkərdəsi" adına layiq görüldü.

Kim Çen İrin şəxsi həyatı isə çox coşqun olub: gəncliyində Kim Çen İr Pxenyan elitası arasında nüfuzundan istifadə edərdi. Əlbəttə, hər bir irsi şahzadə öz-özlüyündə məşhurdur. Lakin Kim Çen İr gəncliyində xarizmatik və cazibədar kişi olub. Kim sülaləsinə məxsus köklüyə baxmayaraq, Kim Çen İr motosikl (ola bilsin ki, Dahi Rəhbər ölkəsinin ilk baykeri olub), at sürməyi bacarıb, kinolardan başı çıxıb, yaxşı yumor hissinə malik olub.

Bununla belə, Kim Çen İr şəxsi həyatını, xüsusilə də, bizə məlum olmayan sayda arvad və sevgililərini, onlardan dünyaya gəlmiş övladlarını nümayiş etdirməzdi.

Kim Çen İrin ilk ciddi sevgilisi o zaman Pxenyanda seks-simvol hesab olunan kinoaktrisa Son He Rim olub. Son He Rimin ərli qadın olması da ona əngəl törətmirdi. O, ərindən boşanaraq Kim Çen İrin iqamətgahında yaşamağa gəldi. Onların ittifaqından Kim Çen İrin ilk övladı olan Kim Çen Nam dünyaya gəldi. İndi o, siyasətdən uzaq duraraq Makaoda (Çin) yaşayır və hazırk Şimali Koreya rəhbəri Kim Çen İnlə ədavətdədir.

Kim İr Sen və aktrisa Son He Rim arasında düşmənçilik münasibətləri mövcud idi. Ata Kim oğlunun casus qadınla izdivacına razı deyildi. Çünki Son He Rim 1940-cı illərdə Cənubi Koreyadan Şimali Koreyaya qaçan kommunistin qızı idi.

Nəticədə, Son He Rim və Kim Çen İr ayrılmalı oldular. Güclü əsəb xəstəliyindən əziyyət çəkən Son He Rim müalicə olunmaq üçün xaricə yola düşdü. Ömrünün qalan hissəsini Moskvada keçirib, 2002-ci ildə vəfat etdi. Kim Çen İr isə köhnə sevgilisinin maliyyə məsələlərini öz boynuna götürmüşdü.

Son He Rimdən ayrılan Kim Çen İr tezliklə elə köhnə sevgilisinə bənzər qızla münasibət qurmağa başladı. Onun yeni sevgilisi Ko Yen Hi də sələfi kimi aktrisa idi. Düzdür, o, Son He Rim kimi kinolara çəkilməsə də, hər halda, rəqqasə idi. Ko Yen Hinin bioqrafiyası sələfinə çox bənzəyirdi. Məsələn, o, sosializm qurmaq üçün 1960-cı ildə Yaponiyadan KXDR keçən etnik Koreya ailəsindən çıxmışdı. Kim Çen İr və Ko Yen Hinin 3 övladı dünyaya gəlib: oğlanları Kim Çen Çxol və Kim Çen İn, qızı Kim Ye Çjon. Ko Yen Hi son günlərini Parisdə keçirib və 2004-cü ildə xərçəng xəstəliyindən vəfat edib.

Kim Çen İrin son sevgilisinin katibə Kim Ok olması ehtimal edilir. O, Dahi Rəhbərdən 20 yaş gənc idi.

Kim Çen İrin 3 sevgi romanının arxasında qısamüddətli sevgi macəralarının olması da ehtimal olunur. Görünür, onun bu davranışları oğlu Kim Çen İnə də az təsir etməyib. İn atasının asanlıqla qadınları dəyişmək kimi üslubunu bəyənmirdi və gənc rəhbər nümunəvi ailəcanlı insan olmaq qərarına gəlib. Bu hələ ki, onda yaxşı alınır.

Hakimiyyətə gəldiyi il yarımdan sonra 2012-ci ildə Kim Çen İnin yanında gözəl və cazibədar qadın görünməyə başladı. Tezliklə Şimali Koreya mətbuatı həmin qadının Li Sol Çju və Gənc Marşalın arvadı olduğunu qeyd etdi.

Li Sol Çju haqqında məlumatlar çox deyil. Onun KXDR-də hərbiçi ailəsində doğulduğu ehtimal olunur. O, musiqi ilə məşğul olub və Şimali Koreya nümayəndəsi çərçivəsində Cənubi Koreyanı ziyarət edib. Bir müddət isə qərb ruhunda fəaliyyət göstərən "Moranbon" ansamblının artisti olub.

Nadir hallarda arvadını ictimaiyyət qarşısına çıxaran baba və həyatında hər hansı qadının varlığını inkar edən atadan fərqli olaraq Kim Çen İn arvadını gizlətmir. Onu Ümumi qərargahın məclislərində qoca generalların yanında və KXDR-nın rəhbəri tərəfindən mükafatlandırılmış işçilərin mənzilində (o, hətta bir dəfə sahibəyə süfrəni yığışdırmağa və qabları yumaqda da yardım edib) görmək olar. Maraqlısı odur ki, Li Sol Çju nadir qadınlardan biridir ki, ictimaiyyət qarşısına sinəsində Kim Çen Sen və Kim Çen İrin portreti həkk olunmuş nişanə ilə çıxmır. Qeyd edək ki, 1970-ci illərdə bu nişanələri KXDR-in bütün vətəndaşları daşımalı idi, bu rejimə olan sədaqəti nümayiş etdirir. Nişanənin Li Sol Çjuda qıcıq yaradıb-yaratmaması məlum deyil. Əlbəttə, onun portretin həkk olunmuş nişanəsini üzərində daşımaması ölkə vətəndaşların təəccübünə səbəb olur. Lakin heç kim öz təəccübünü dillə bildirməyə cəhd etmir.

2012-ci ilin əvvəlində Li Sol Çju və Kim Çen İnin qızı dünyaya gəldi. Güman ki, bu onların ilk övladıdır. Çoxları Şimali Koreya taxt-tacının bundan sonra hansı sistem üzrə gedəcəyini düşünür. Ehtimal ki, Şimali Koreyanın növbəti rəhbəri onun qızı olacaq.

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm