Ölü sevgilisinə ərə gedəcək
Bizi izləyin

Bilgi.az

Ölü sevgilisinə ərə gedəcək

Fransada qadın iki il əvvəl vəfat etmiş sevgilisinə ərə getmək üçün rəsmi icazə alıb. Sudan və Çində olduğu kimi, Fransada da ölü ilə "evlənmək" olar.


48 yaşlı Paskal Liar belə icazə aldığına sevinsə də, təlaşdadır.

"Adətən toylarda ağlayırlar. Bizim toyumuzda nə olacağını ağlıma da gətirmirəm", - 48 yaşlı Paskal Liar söyləyib.


Toyda təzə bəyin əvəzinə onun fotosu olacaq.


Əvvəlki nikahından 3 övladı olan Liar sevgilisi Mişellə tanış olmuşdu. Mişel həbs ediləndə isə onlar evlənmək qərarına gəlmişdilər.

Lakin toya bir ay qalmış Mişel həbsxanada ürəktutmadan keçinmişdi./Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm