Bu şəkillər SSRİ-də niyə qadağan olunmuşdu? – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Bu şəkillər SSRİ-də niyə qadağan olunmuşdu? – FOTOLAR

1941-1945-ci illərdə Şərq cəbhəsində xeyli sayda xarici müxbir işləyib. Peşəsini sevən jurnalistlər, fotoqraflar həyatları bahasına ən təhlükəli yerlərə, qaynar nöqtələrə gedir, şəkillər çəkirdilər.

Lakin müharibə sona çatsa da, Sovet hakimiyyəti həmin yerlərdə çəkilən bir çox şəkillərin yayılmasını qadağan etmişdi. Çünki həmin kadrlarda müharibə edənlərin apardıqları təcrübələr, hərbi sirlər ifşa edilirdi, bəzi şəkillər isə sırf sovet hakimiyyətinin nüfuzunu qorumaq üçün nümayiş etdirilmirdi.

ANS PRESS oxuculara Sovet hakimiyyəti zamanı qadağan edilən həmin 24 şəkli təqdim edir.

Alman hərbçiləri bu uşaqların valideynlərini əsir götürüb, evlərini dağıdıblar. 1942-ci ilin sonu



Əldən düşmüş 18 yaşlı rus qızı Dahau hərbi düşərgəsindən azad edilən gün. 1945-ci il



Avstriyada elmi təcrübələr üçün əsir edilən adamlar. 1945-ci il, 7 may



14 yaşlı polşalı məhbus Çeslava Kvoka



Alman qadın 57 rus əsgərinin qəbirdən çıxarılmış meyitlərinin yanından keçərkən oğlunun gözlərini yumur. 1945-ci il, 3 may



Almaniyanın məğlubiyyətini eşidəndə ağlayan 15 yaşlı alman əsgər



62-ci Stalinqrad qoşunu, əsgərlər içərisində 2 qadın da var. Odessa. 1944-cü il, aprel



Rusiyada nasistlər



Stalinqrada doğru uçan bomba



Kazak blokunun komandiri öz qoşunlarının hərəkətini izləyir. Xarkov, Ukrayna. 1942-ci il, 21 iyun



Sovet qadını öz yumruğu ilə alman əsirləri təhdid edir. 1944-cü il, 14 fevral



Rus qadını və onun yanan evi. 1942-ci il



Çayı keçən sovet pulemyotçuları. 1945-ci il, yanvar



ABŞ qoşununun əsgəri



Qırmızı meydanda Qələbə günü. 1945-ci il, 9 may



1945-ci il 13-15 fevralda bombardmandan sonra Drezden



Elbada dostluq görüşü zamanı ABŞ və sovet zabitləri. 1945-ci il, aprel

Oxumağa davam et
Reklam
Reklam

Gündəm