“Eurovision”da eko mətbəx
Bizi izləyin

Bilgi.az

“Eurovision”da eko mətbəx

"Eurovision" musiqi yarışmasında qida təminatına 2 şirkət cavabdehlik daşıyacaq. Publika.az xəbər verir ki, şirkətlərdən biri müsabiqəyə akkreditə olunmuş nümayəndə heyətini, mətbuat nümayəndələrini və VİP qonaqları, ikinci şirkət isə tamaşaçıları və təşkilatçıların komandalarını qida ilə təmin edəcək.

Hər iki şirkət eko sertifikata malikdir. Bütün yeməklər ekoloji təmiz məhsullardan hazırlacaq. Yeməklərin 30 faizi orqanik məhsullardan ibarət olacaq.

Müsabiqənin icraçı prodüseri Edqar Byomun sözlərinə görə, Avstriya Avropanın ən yaxşı orqanik fermalarına malik ölkələrdən biridir və bu şou bu imkanları nümayiş etdirmək üçün əla imkandır.

Müsabiqəni izləməyə gedənləri milli Avstriya yeməkləri ilə yanaşı, şirniyyat və içki də gözləyir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm