Hitlerin son şəkli yayıldı - FOTO
Bizi izləyin

Bilgi.az

Hitlerin son şəkli yayıldı - FOTO

KİV-lərdə faşist Almaniyasının başçısı Adolf Hitlerin ölümündən cəmi bir neçə saat əvvəl çəkilmiş sonuncu fotosu yayılıb.

Musavat.com-un məlumatına görə, foto ilk dəfə "Businessinsider" portalında dərc edilib. Bildirilir ki, şəkil 1945-ci il aprelin 30-da nasist liderin Berlindəki dəftərxanasının həyətində, bunkerin ağzında çəkilib. Ehtimala görə, füreri onun şəxsi mühafizəsindən olan zabitlərdən biri tarixin yaddaşına köçürüb. Şəkildə Hitler şəhərdəki durumu qiymətləndirmək üçün öz bunkerindən çıxır. Lakin Berlin kvartallarına Sovet Ordusu əsgərlərinin hücumunu eşidəndən sonra intihar qərarı verir.

Hitlerin cəsədi yeraltı sığınacaqdakı otaqda, başında güllələnmiş şəkidə tapılıb. Onun xanımı Yeva Braun həmrəylik kimi zərər içərək Hitlerin ardınca özünə qəsd edib. Həmçinin, Üçüncü Reyxin sevimli iti də öldürülüb. -

Oxumağa davam et
Reklam
Reklam

Gündəm