30,000 yaşlı virus oyandı
Bizi izləyin

Bilgi.az

30,000 yaşlı virus oyandı

30,000 yaşlı virus oyandı

Sibirin buzlaqları arasında 30,000 ildir basdırılmış sirli nəhəng virus tapıldı. Virus yalnız bir hüceyrəli orqanizmlərə yoluxa bilər və insan üçün zərərsizdir.

Bununla belə, yeni kəşfiyyat nəticəsində məlum olub ki, əgər qlobal istiləşmə olarsa Sibirin insan əli dəyməyən regionlarından qədim və yer üzündən silinmiş viruslar aşkar edilə bilər.

Bu, Neandertal virusu və ya min illər buz altında qalan çiçək xəstəliyinin virusları ola bilər.

Alimlərdən biri qeyd edib: “Əgər virus uzun müddətdir fəaliyyətsiz olubsa, o zaman insan orqanizmi virusa qarşı tab gətirə bilməyəcək”.

Alimlər virusu bir hüceyrəli amöblə birgə laboratoriya qabına qoymuş lakin amöb partlayaq ölüb. Bu virus yalnız amöbləri məhv edir, insan və heyvanlara təsir edə bilmir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm