Bilgi.az
Doğuşdan çıxan ananın qarnında telefon zəng çaldı
İordaniyada doğum zamanı maraqlı bir hadisə baş verib.
Ananın qarınında cib telefonu qalıb.
ANS PRESS-in məlumatına görə, İordaniyanın paytaxtı Əmmanda baş
verən hadisə insanları şoka salıb. Qeysəriyyə əməliyyatı zamanı
həkim mobil telefonunu doğan qadının qarnında unudub.
4,8 kiloqramlıq körpə dünyaya gətirən qadın bədbəxt hadisədən
xəbərsiz evinə qayıdıb. Bir müddət sonra qadının qarınındakı
telefona zəng gəlməsilə faktın üstü açılıb. Telefonun işlək
vəziyyətdə qadının qarnında qalması sancıların yaranmasına səbəb
olub.
Şəhərdəki bir dövlət xəstəxanasına aparılan qadın rentgenə
düşüb. Məlum olub ki, yenicə körpə dünyaya gətirən ananın qarnında
7 santimetrlik bir cisim var. Dərhal əməliyyata alınan qadının
qarnından cib telefonu çıxarılıb.
Qalmaqalı ölkə parlamentinə çıxaran bir vəkil hökumətin
istefasını tələb edib. İordaniyalı millət vəkili Salim Al Bataynah
21-ci əsrdə belə bir səhvin qəbul edilməz olduğunu diqqətə
çatdırıb.
İordaniya Səhiyyə Nazirliyi isə belə bir hadisədən xəbərsiz olduqlarını açıqlayıb. Nazirlik hadisənin araşdırılacağına söz verib.
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək