Ən yaşlı tibb bacısı - FOTOLAR\VİDEO
Bizi izləyin

Bilgi.az

Ən yaşlı tibb bacısı - FOTOLAR\VİDEO

Amerikalı tibb bacısı Florens Riqni 90 illiyini işdə qeyd edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda həftədə 2 gün çalışan Takoma (Vaşinqton ştatı) şəhər sakini Florens Riqni əmək fəaliyyətinə 1946-cı ildən başlayıb.

Yaşlı qadının ad gününü ştat qubernatoru da təbrik edib.

Qeyd edək ki, 1925-ci ildə dünyaya gələn Florens Riqni kolleci bitirdikdən sonra xəstəxanaya işə düzəlib. Qadın orada təxminən 69 il çalışıb. Onun 67 yaşı olarkən ilk dəfə olaraq təqaüdə çıxıb. Lakin işsiz qala bilmədiyi üçün 5 aydan sonra yenidən işinə qayıdıb.

90 yaşlı Florens əməliyyat tibb bacısı kimi çalışır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm