• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Dünyada ən çox hansı dildə danışırlar? - ARAŞDIRMA

  • Maraqlı
  • 17 May 2015 16:53
  • 2 308 Baxış
Dünyada ən çox hansı dildə danışırlar? - ARAŞDIRMA

Dünyada ən çox istifadə olunan ünsiyyət vasitəsi ingilis dilidir.

Publika.az-ın məlumatına görə, bu barədə Washington Post qəzeti araşdırma aparıb. Qəzetin araşdırmasına görə dünyanın 101 ölkəsində ingilis dilində danışılır. İkinci yerdə ərəb dilidir. Altmış ölkənin əhalisi bu dildə ünsiyyət qurur. Sonrakı yerlərdə fransız (51 ölkə), Çin (33), ispan (31), fars (29), alman (18), rus (16) dilləri qərarlaşıb. Tədqiqatçılar ingilis, fransız və ispan dillərinin belə geniş yayılmasını bu dilin vətəni olan ölkələrin imperiya keçmişi ilə bağlı olduğunu bildirirlər.

Bundan əlavə, dünyanın 35 ölkəsində ingilis dili rəsmi dil kimi istifadə olunur. Ümumən isə ingilis dili dünyada ən çox öyrənilən dildir. Bu dili öyrənmək istəyənlərin sayı 1,5 milyard nəfərdir. İkinci yerdə 82 milyonla fransız dili dayanır. 30 milyon insan isə Çin dilini öyrənməyə çalışır.

Araşdırmada həmçinin bildirilir ki, hazırda dünyada 7102 canlı dil var. Elə dillər də var ki, onların daşıyıcılarının sayı 1000 nəfərdən də azdır. Belə dillərin əsrin sonunadək itəcəyi qeyd olunur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR