İnsan qəddarlığını nümayiş etdirən - FOTOLAR
Bizi izləyin

Bilgi.az

İnsan qəddarlığını nümayiş etdirən - FOTOLAR

Planetimizi narahat edən təkcə qlobal istiləşmə deyil. Əhali sayının artması, çirklənmə, brakonyerlik yaşadığımız Yer kürəsini məhv etmək üçün göstərilmiş bir neçə səbəblərdir. İnsan laqeyidliyi və istismarı nəticəsində qida çatışmazlığı yaranır, buzlaqlar sürətlə əriyir və meşələr qırılır.

Evimiz hesab olunan planetimizdə yaranmış təhlükəni ön plana çıxarmaq üçün Ekologiya və Əhali Mətbuat mərkəzi fondu, insan övladının vurduğu ziyanları əks etdirən fotoları toplayıb.

Publika.az məhz insanların ucbatından yaranmış torpaq, qar sürüşməsi və digər təhlükəli təbiət fəsadlarını təqdim edir.

  1. Okean çirklənməsi: İndoneziyalı sörfinqçi Dede Surinaya ən çox məskunlaşmış Yava körfəzində üzərkən.
  2. Oksigen çatışmazlığı: Böyük Britaniyada kömür əritmə zavodu.
  3. Ərimiş buzlaq şəlaləsi: Arktik və Antarktidada buzlar sürətlə geri çəkilir. Foto Norveçin Şpisbergen adasında çəkilib.
  4. Neft aludəçiliyi: Neft yataqlarının istismarı ekoloji problemlər yaradır. Foto Kaliforniyada çəkilib.
  5. Yeməyə heç nə olmadıqda: Foto Norveçin Şpisbergen adasında çəkilib. Şimala doğru gedən ayı yem tapa bilmədiyi üçün ölüb.
  6. Hər şey qiymətli daşlar üçün: Rusiyanın Mir şaxtası dünyanın ən böyük almaz şaxtası hesab olunur.
  7. Əhali çoxalması: Foto Hindistanın Yeni Dehli şəhərindən çəkilib. Şəhərdə 22 milyon sakin yaşayır və sıxlıq kvadrat mil üzrə 30 mindir.
  8. Kütləni yedirtmək üçün vasitə: İspaniyanın Almeria düzənliyindəki istixanalar.
  9. Kötükləşmə: ABŞ-ın Oreqon ştatında Milli park çöllüklə əvəzlənir.
  10. Zibillərin artması: Foto Banqladeşdə çəkilib.
  11. Üfunət: Çinin Sarı çay körfəzində dayanan çoban pis qoxu ucbatından nəfəs ala bilmir.
  12. Brakonyerlik: Çinli basketbol ulduzu Yao Minq Şimali Keniyada brakonyerlərin qurbanı olan filin cəsədi qarşısında.
  13. Yerdəyişmə: Braziliyanın Amazon cəngəlliklərində baş verən yanğın heyvan sürüsünün yerdəyişməsinə səbəb olur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm