Bilgi.az
Paltardan ütü və yanıq ləkəsini təmizləməyin yolları
Ütü ev işləri arasında ən sıxıcı və yorucu işdir. Xanımlar paltarları ütüləməyi həmişə təxirə salır və ya başqa birinə həvalə etməyə çalışırlar. Xüsusən hər gün ütülü geyimlərə ehtiyacımız varsa, paltar ütüləmək prosesi gözümüzdə daha da böyüyür. Paltarları ütüləmək yorucu iş olsa da, məcburidir. Çünki heç kim səliqəsiz görünmək istəməz.
Ütü prosesi zamanı çox diqqətli olmaq lazımdır. Əks halda, bir anlıq diqqətsizlik geyimin yanmasına səbəb ola bilər. Geyimin üzərində unudulan ütü geyimdə yanıq ləkəsi əmələ gətirir.
Əgər geyiminiz yanmayıbsa, onu xilas etmək üçün hələ də bir şansınız var. Vaxtında və düzgün müdaxilə etməklə geyimlərdən ütü ləkəsini çıxartmaq mümkündür.
Ütü ləkəsini təmizləmək üçün bir miqdar oksigenli suya ehtiyac var. Oksigenli su ləkə təmizliyi üçün təsirli üsuldur. Səhv tətbiq olunduqda isə əşyalara korlaya bilərsiniz.
Yarım stəkan suya oksigenli su əlavə edin. Yəni, yarım stəkan su və yarım stəkan oksigenli qarışığı hazırlayın. Yaxşıca qarışdırın və bezi bu su ilə isladın. Yanıq ləkəsi olan hissəni bu bezlə silin. Yanıq ləkəsi paltarlardan beləcə yavaş-yavaş yox olacaq.
Yanıq ləkəsini aradan qaldırmaq üçün sirkəli sudan da istifadə edilə bilər. Sirkəli suya batırdığınız bezlə yanıq ləkəsini silin. Bu metod da yanıq ləkəsini aradan qaldırmaqda təsirlidir.
Hər iki üsul yanıq ləkələrini aradan qaldırır. Lakin paltar çox yanıbsa, hər hansı bir üsul onu xilas edə bilməyəcək. Sadə yanıq ləkələr üçün bu üsullar çox təsirlidir.
Fidan
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR