Bilgi.az
Qırmızı xalıda dikdaban ayaqqabı mübahisəsi - FOTO
Altı düz ayaqqabı geyinən qadınların Kann kinofestivalının qırmızı xalısına buraxılmaması böyük mübahisəyə səbəb olub. Deyilənlərə görə, qırmızı xalı rəsmilərinin estetik cəhətdən gözəlliyinin pozulmaması üçün yeni qayda tətbiq ediblər.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 68-ci Kannda kinofestivalında baş verən dikdaban ayaqqabı mübahisəsi məşhur festivala damğasını vurub. BBC-nin xəbərinə görə, Danimarkalı film prodüseri Valeria Riçter altı düz ayaqqabı geyindiyi üçün qırmızı xalıya buraxılmayıb. Onun ayağı amputasiya edildiyi üçün dikdaban ayaqqabı geyinməyib. "Gus Van Sants Sea of Trees" filminin nümayişinə qatılmaq istəyən Riçter dörd dəfə qapıdan qovulub.
Riçter "Sol ayağım amputasiya edildiyi üçün hündürdaban ayaqqabılarda dayana bilmirəm. Bir çox həmkarım məhz bu qaydaya görə festivala gəlməyi rədd etdi" - deyib.
Emi Vaynhaus haqqında çəkilən sənədli filmin rejissoru Asif Kapadianın xanımı dikdaban ayaqqabı geyinmədiyi üçün əvvəlcə içəri buraxılmayıb. Amma sonra mühafizəçilər cütlüyü içəri buraxıblar.
İngiltərəli aktrisa Emili Blant isə rəsmilərin bu mövqeyinin son dərəcə qəddar və amansız olduğunu deyib.
Məsələ ilə bağlı açıqlama verən festival rəsmiləri qadağanı rədd edərək "Düz ayaqqabının qadağan edilməsi ilə bağlı qayda qoyulmayıb, altı düz ayaqqabı geyinən qadınlar qırmızı xalıya buraxılır. Sadəcə, qırmızı xalıda estetik gözəlliyin pozulmaması naminə iştirakçılara xəbərdarlıq ediblər" - deyib.
Festivalın rəhbəri Tierri Fremauks isə hündürdaban ayaqqabının zəruriliyi barədə yayılan şayiənin əsassız olduğunu söyləyib. Fremaux "Twitter" hesabında "Qırmızı xalı ilə bağlı qaydalar dəyişməz olaraq qalır: Siqaret çəkilmir, rəsmi geyim şərti, dress-kod qaydaları var, lakin buraya dabanlarla bağlı qayda yoxdur" yazıb.
Fidan
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək