Milyarderlərin çoxu “Qızlar”dır
Bizi izləyin

Bilgi.az

Milyarderlərin çoxu “Qızlar”dır

"Forbes" jurnalının tədqiqat qrupu astroloji bürclər arasında araşdırma aparmaqla milyarderlərin daha çox hansı bürc altında doğulduğunu müəyyən edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bürclərin siyahısı statistika üzrə hazırlanıb və həqiqətə uyğun hesab olunur.

Ən çox milyarderlər bu bürc altında dünyaya gəlir:

Qız

Əqrəb

Əkizlər

Qoç

Tərəzi

Xərçəng

Oğlaq

Şir

Buğa

Balıqlar

Dolça

Oxatan

Siyahıdan göründüyü kimi bürclər arasında Qızlar liderliyi əlində saxlayır. Bu da əbəs yerə deyil. Forbes-un siyahısına düşən 793 milyarderdən 613 nəfər arasında araşdırılma aparılıb. "Qız qrupunda" isə nə az, nə çox 70 milyarder daxildir. Bu bürcün nümayəndələri hər zaman əməksevərliyi, sağlam düşüncələri, detallara diqqət və analitik bacarıqları ilə seçilir.

Məsələn, qız bürcünə daxil olan milyarderlərdən biri də Uorren Baffetdir. Onun varidatı 42 milyarddır.

"Oracle" şirkətinin bacısı Larri Ellionun varidatı 16 milyard dollardır.

"LUKOYL" şirkətinin əslən azərbaycanlı olan rəhbəri Vahid Ələkbərovun varidatı isə 11 milyard dollardır.

Astroloq Maykl Latin qeyd edir ki, bir çox milyarderlər pul dalınca qaçır və yüksək mövqeyə nail olmaq arzusu ilə yaşayır. Qız bürcünün nümayəndələri isə nəhəng bir şirkətin rəhbəri olduqdan sonra insanlara xeyir verməyə başlayır, onlar üçün keyfiyyətli əmtəə və xidmətlər yaradır.

"Forbes" jurnalının mütəxəssislərinin fikrincə milyarderlər bütün bürclər altında dünyaya gəlir. Oxatan bürcü siyahının sonunda göstərilib halbuki, Bill Qeyts də məhz bu bürcün təmsilçisidir. Mütəxəssilərin rəyincə Oxatanlar öz məqsədlərini nəyin bahasına olursa olsun yeridir. İstedadlı strategiya altında oxatan bürcünün nümayəndələri insanların istəyini nəzərə almadan onlara yeridirlər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm