• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Nübar yemiş 12,5 min dollara satılıb

  • Maraqlı
  • 23 May 2015 08:13
  • 500 Baxış
Nübar yemiş 12,5 min dollara satılıb

"Yubari" yemişinin 2015-ci ildəki ilk məhsulunun cütü Yaponiyanın Hokkaydo adasında təşkil olunmuş hərracda 1,5 milyon yenə (təxminən 12,5 min dollar) satılıb. Onları topdansatış firmalarından biri Niiqata prefekturasından əldə edib.

Hərraca çox gözəl və şirin dadına, zərif narıncı rəngdə sulu mətinə görə yüksək qiymətləndirilən bu növdə cəmi 42 yemiş çıxarılıb.

Onun bütöv adı "Yubari kral yemişi"dir. Demək olar ki, ideal şarabənzər formaya malik yemişin açıq yaşıl rəngli qabığı nazik ağ çatlarla örtülür. Bu yemişlər yaponlar üçün gözəl hədiyyə hesab edilir.

Yaponiyada ilin ilk hərracı hər zaman böyük diqqətə səbəb olur. Təşkilatçıların sözlərinə görə, son on ildir ki, ilk hərracda bir cüt yemişin orta qiyməti 1,4 milyon yendən (təxminən 11,66 min dollar) aşağı düşmür.

"Yubari" yemişlərinin məhsulu may ayından başlayaraq sentyabrın əvvəllərinədək yığılır. Bir ildə Yaponiyada bu növdən olan təxminən 4,3 min ton məhsul yetişdirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR