• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

60 il ərzində “Eurovision”da baş verən ən qalmaqallı hadisələr - FOTOLAR

  • Maraqlı
  • 23 May 2015 16:58
  • 2 540 Baxış
60 il ərzində “Eurovision”da baş verən ən qalmaqallı hadisələr - FOTOLAR

Bu gün "Eurovision" mahnı müsabiqəsinin yaranmasından 60 il keçir.

Publika.az "Eurovision" mahnı müsabiqəsində baş verən ən qalmaqallı anları təqdim edir.

Əvvəla bildirək ki, "Eurovision" ilk dəfə İsveçrənin Luqano şəhərində 7 ölkənin iştirakı ilə keçirilib. Sonda isə mahnı müsabiqəsinin əhatə dairəsi genişlənərək digər ölkələrə də yayılıb. Bu il isə ilk dəfə olaraq qeyri-Avropa ölkəsi olan Avstraliya da müsabiqədə iştirak edir və onun iştirakı artıq ziddiyyətli fikirlərə səbəb olub.

Bildiyiniz kimi bu gün Bakı vaxtı ilə axşam saat 24:00-da "Eurovision" beynəlxalq mahnı müsabiqəsi baş tutacaq.

İllər üzrə qalmaqallı anlar aşağıdakılardır:

Danimarka öpüşü -1957

50-ci illərdə "Eurovosion" səhnəsində hər iki cinsin nümayəndəsinin eyni anda çıxış etməsinə icazə verildi. Lakin 1957-ci ildə tamaşaçılar səhnədə gördüklərindən şoka düşdülər. Çünki Danimarkanı təmsil edən Birte Uilke və Qustav Vinkler səhnədə tamaşaçıların gözü önündə öpüşdü. Onlar "Skibet skal selje i nat" ("Gəmi gecə üzəcək") mahnısını sonda11 saniyəlik öpüşlə başa çatdırıblar. Danimarkalı təmsilçilər yalnız tamaşaçıların alqışı altında öpüşməyi dayandırıb.

Kliff Riçarda verilən səslərin saxtalaşdırılması- 1968-ci il

Böyük Britaniyanı təmsil edən Kliff Riçardı qələbədən cəmisi 1 bal uzaqlaşdırıb. Belə ki, o, ispaniyalı rəqibi Massielə 1 səslə uduzaraq ikinci yerə sahib olub. Onun belə məğlubiyyəti indiyədək, britaniyalılara sakitlik vermir. Riçardın məğlubiyyətindən sonra belə şayiələr yayılmağa başladı: "İspaniyanın o zaman kı, diktator və dövlət xadimi Fransisko Franko, müsabiqədə iştirak edən ölkələrə öz casusunu göndərməklə onlara rüşvət təqdim edib. Daha dəqiq desək, Franko çox səs qazanmaq üçün iştirakçı ölkələrdən səs verəcək insanların hər birinə televizor vəd edib. Əvəzində isə onlar İspaniyaya səs verməli idi.


Dana International – 1998-ci il

2008-ci ildə mahnı müsabiqəsini İsraildən Dana International (əsil adı Yaron Koen) təmsil etdi. Dana indiyənədək "Eurovision" mahnı müsabiqəsinin ən parlaq nümayəndələrindən biri hesab olunur. Çünki kişi doğulan transseksual Dananın birincilik əldə etməsi bir növ bütün gey və lezbianların zəfəri idi. O deyib: "Qalib gəlmək mən və ölkəm üçün əhəmiyyət daşıyır. Bu qalibiyyət həmçinin Avropada yaşayan gey və transeksualların qələbəsidir. Mən Avropada gey simvoluna çevrildim".


"TATU"ya qarşı soyuq münasibət – 2003-cü il

Hansısa mahnı nə qədər pis olsa belə, bütün iştirakçılar tamaşaçılar tərəfindən isti münasibət görür və alqışlanır. Amma 2008-ci ildə Rusiyanı təmsil edən "TATU" qrupu başqa iştirakçıları təhqir etdiyi üçün tamaşaçılar tərəfindən pis qarşılanıb. Bu azmış kimi qrupun iştirakçıları Almaniyanı təmsil edən nümayəndəyə "ifritə" deyib. Ona görə də, qrupun qızları "Eurovision" üçün keçirilən məşq prosesləri zamanı zaldan "tfu!" sözlərini eşidib və məsxərəyə qoyulub.

Hamilə iştirakçı – 2005-ci il

2005-ci ildə Böyük Britaniyanı 5 uşaq anası Keti Prays təmsil etdi. Maraqlısı odu ki, Keti müsabiqəyə hamilə vəziyyətdə və bu azmış kimi dar çəhrayı geyimdə qoşuldu. Bununla belə, Keti layiqli yer qazana bilmədi və mahnı müsabiqəsinə qoşulduğu üçün indiyədək peşmançılıq çəkir.

Verka Serduçka dəliliyi – 2007-ci il

Avstriya təmsilçisi Konçita Vurstdan əvvəl, "Eurovision" heç də ondan geri qalmayan artisti qarşıladı. Bu, 2007-ci il Ukrayna təmsilçisi Verka Serduçka idi. Əslən kişi artistin qadın kimi geyinməsi, "Dancing Lasha Tumbai" mahnısı və ritmsiz mahnı sözləri onu müsabiqənin ən sevimlilərindən biri etdi. Bundan əlavə, Verka Serduçkanın mahnının sözlərində "Russia goodbye" deməsi onu rus pərəstişkarları arasında gözdən saldı, avropalılar arasında məşhur etdi.

"Dastin" adlı hinduşka – 2008-ci il

2008-ci ildə İrlandiyanı Dastin adlı oyuncaq hinduşka təmsil edirdi. Marionet kukla ölkəsini 15-ci yerə saldı.

Gürcüstanın sürgün edilməsi – 2009-cu il