Paraşütlə tullanmaq istədi, amma...
Bizi izləyin

Bilgi.az

Paraşütlə tullanmaq istədi, amma...

Tətil üçün Türkiyəyə gələn alman turistin başına tragikomik hadisə gəlib.

Publika.az-ın bu ölkənin mətbuatına istinadən verdiyi xəbərə görə, 59 yaşlı Günter Kupça paraşütlə tullanmaq üçün iki oğlu ilə birlikdə 900 metrlik Babadağa çıxıb.

Uçuş hazırlıqları başa çatandan sonra o, 800 metrdən tullanıb, amma G.Kupçanın paraşütü açılmayıb. O, 200 metrdən aşağı düşüb və 15 metrlik sədr ağacı həyatını xilas edib.

Onun paraşütünün açılmadığını görən pilotlar Beynəlxalq Tibbi Xilasetmə Qrupundan kömək istəyib. Alman turist ilişib qaldığı ağacdan bir saatlıq xilasetmə tədbirlərindən sonra xilas edilib.

Ilkin müayinə zamanı onun sağ ayağı və əlinin bilək hissəsindən yaralandığı, həyatı üçün təhlükə olmadığı müəyyən edilib. Digər tərəfdən alman turistin ilişib qaldığı ağacın onun ölümünün qarşısını aldığı bildirilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm