Bilgi.az
QİÇS xəstəliyindən vəfat edən məşhurlar - FOTOLAR
Məşhur luq və var-dövlət insanı ölümdən və xəstəlikdən xilas etmir. Bi çox insanlar var ki, var-dövləti başından aşsa da, sağalmaz xəstəliyin əlində aciz qalıblar.
Publika.az ölümcül xəsətlikdən vəfat edən 5 məşhur insanı təqdim edir.
Freddi Merkuri
Tanınmış musiqiçi və ifaçı Freddi Merkuri, gitaraçı Brayan Meyem və təbil ifaçısı Rocer Teylor ilə birgə əfsanəvi "Queen" qrupunun əsasını qoyublar. Karyerası dövründə Freddi Merkuri 700-dən artıq konsert proqramı ilə çıxış edib, 300 milyondan artıq isə musiqi plastinkasını sata bilib. 1987-ci ildə həkimlər onda QİÇS xəstəliyi diaqnozu qoydu. Diaqnoz qoyulduğu vaxtdan etibarən o, hələ 4 il yaşadı və 1991-ci ilin noyabrında vəfat etdi. Məhz Freddi Merkurinin ölümü QİÇS xəstəliyinə diqqət ayırmış oldu.
Esteban de Xesus
Peşəkar boksçu və məşhur El Taritanı nokauta salan Esteban de Xesus karyerasını 57 rəsmi qələbə (onlardan 32-i nokaut idi) və 5 məğlubiyyətlə bitirib. O, 17 yaşlı oğlanı qətlə yetirdiyi üçün 1981-ci ildə ömürlük həbs cəzasına məhkum edilib. Estevan de Xesus cəza çəkdiyi müddətdə QİÇS-ə yoluxub. O, 1989-cu ildə vəfat edib.
Rudolf Nureyev
Məşhur sovet rəqqası və tez-tez SSRİ sərhədlərindən çıxıb qastrollara gedən Rudolf Nureyev, uzun müddət "KQB"nin nəzarəti altında olub. O, 1993-cü ildə QİÇS xəstəliyindən öldü.
Hovard Aşman
Hovard Aşman ABŞ-ın tanənmış dramaturqu, nəğməkar şairi və rejissoru idi. Bu o adam idi ki, "Balaca su pərisi" və "Gözəl və Bədheybət" cizgi filmlərinə musiqi qoşub. "Qremmi" və "Qızıl Qlobus" mükafatının 2 dəfə laureatı, o cümlədən də, 2 dəfə "Oskar" mükafatı ilə təltif olunmuş şəxs 1991-ci ildə QİÇS-dən həlak oldu.
Entoni Perkins
Məşhur amerikalı aktyor, 1957-ci ildə "Oskar" və ilin yeni ulduzu qismində "Qızıl Qlobus" mükafatları ilə təltif olunub. Ona QİÇS diaqnozunu 1989-cu ildə qoydular. O, xəstəlikdən 1992-ci ildə vəfat etdi.
Nura
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye