Əri ilə qonşu olan dünyanın ən gözəl “meymunu” - Helena Karter - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Əri ilə qonşu olan dünyanın ən gözəl “meymunu” - Helena Karter - FOTOLAR

O, ekran başında eksentrik və fərqli planda çəkilmiş qadın rollarını canlandırır. Helena Bonem Karter o qədər istedadlı aktrisadır ki, onu hər rolda görmək mümkündür.

Publika.az mayın 26-da 49 yaşını qeyd edən və özünəməxsus obrazları ilə tamaşaçı sevgisini qazanan Helena Bonem Karterin həyat hekayəsini təqdim edir.

Helena Bonem Karter 1966-cı ildə Londonda bankir ailəsində dünyaya gəlib. İmkanlı ailədə böyüdüyü üçün Helena yüksək təhsil ala bilib. Belə ki, o, Vestminster məktəbini bitirdikdən sonra təhsilini Kembricdə davam etdirib. Aktrisalığa həvəs isə erkən yaşlarından baş qaldırıb. O, hələ 13 yaşında ikən məktəb səhnəciyində Culyetta obrazını canlandırıb.

Oynadığı film obrazlarında Helena füsunkar geyimləri ilə yadda qalıb. Lakin tamaşaçılar onu "Döyüş klubu" (1999) filmindən sonra tanımağa başlayıb.

2001-ci ildə isə Helena Bonem Karter rejissor Tim Bertonun "Meymunlar planeti" filmində çəkildi. Nəticədə isə, Helena nəinki rejissorun ilham pərisi, hətta onun həyat yoldaşı oldu. Tim Berton "Meymunlar planeti" filmində meymun obrazını canlandıran Helenanı ən gözəl primat adlandırmışdı. Helena isə bu sözə ürəkdən gülmüşdü. Timin bəxti gətirdi ki, "kompliment" söylədiyi qadının yumor hissi güclü olub. Bundan əlavə, çoxları Tim Bertonu dəlisov insan olduğunu hesab edirdi. Çəkiliş meydanında əllərini ora-bura yelləyir, qəribə səhnələr fikirləşir və daim sarı qeyd kitabçasına nəsə yazırdı. Sonradan isə məlum oldu ki, "əbləh professor" adını almış Berton qeyd dəftərçəsində əslində Helenanın şəklini çəkirmiş. Əlbəttə, çəkdiyi şəkil də rejissorun dəlisov fantaziyasından kənara çıxa bilməzdi: o, Helenanın başını bədənindən iri çəkirdi. Helena Timin dəliliyini isə görmürdü. Əksinə, Timi çox praktik, ambisiyalı və hər addımı götür-qoy edən insan kimi qəbul edirdi. Helena özünü Timin yanında rahat hiss edirdi. Bundan əlavə, Tim Berton Hollivudun ən nüfuzlu rejissorlarından biri idi.

"Aktyorluq sənəti sənə istənilən personajın dərisini geyinməyə imkan verir. Yatağında Hollivudun ən nüfuzlu rejissoru olduqda isə, bu sənin aktyorluq sənətinə daha da müsbət təsir edir", - Helena ailə həyatından bəhs edərkən deyib.

Helena nəcabətli, aristokratik ailədə doğulub. O, Böyük Britaniya baş naziri lord Askvitin nəvəsidir və cəngavər titullu ailədə doğulmasına baxmayaraq, Los-Ancelesdə sadə fəhlə ailəsində dünyaya gəlmiş Tim Bertonla sevgili idi. Bütün bunlar Helenanı heç də utandırmırdı. Bu hələ azmış kimi "Meymunların planeti" filminin çəkilişlərində Tim Bertonun nişanlısı aktrisa Liza Meri də yer almışdı. Helena və Tim arasında sevgi romanı hamıya məlum olduqda, aktrisaya "ailə dağıdan" damğası vuruldu. Əslində isə ilk vaxtlarda bu, sevgi romanından daha çox naz-qəmzəyə bənzəyirdi. Çünki Helena günün 9 saatını meymun cildinə girməklə məşğul idi. Helena Şimpanze kimi hərəkətlər etmək üçün Tim onu xüsusi məktəbə də yollamışdı. Film çəkilişləri bitdikdən sonra Tim nişanlısından ayrılaraq Helena ilə sevgi münasibətlərinin əsasını qoydu.

Tim məhz yağışsız və dumansız yaşaya bilməyən Helenaya görə günəşli Kaliforniyanı tərk edərək Londonda yaşamağa üstünlük verdi. O, Helenanın evinin yaxınlığına özünə ev aldı: Helena öz evində, Tim isə öz evində yaşayırdılar. Bir sözlə, onlar qonşu oldular. Onların uşaqları doğulduqda isə, Tim onlar üçün də ayrıca ev tikdirdi. Tim bunu ona görə etmişdi ki, valideynlərin başı qarışan zaman uşaqlar öz evində xoş vaxt keçirə bilsinlər.

2011-ci ildə verdiyi bəyanata görə, Tim və Helena evlənməyə tənbəllik edirdilər. Ona görə də, onlar evin altından yeraltı tunel tikmək üçün Böyük Britaniya hökumətindən icazə almaq istəmələri ictimaiyyəti şoka saldı. Həqiqətən də, onların evlənməyə heç vaxtı olmurdu. Adicə "Kral danışır!" filmində çəkilmək onun 24 saatını əldən alırdı. Eyni zamanda Helena "Harri Potter" filmində ifritə obrazını canlandırırdı.

Tim və Helenanın ayrı-ayrı evlərdə yaşamasına Helena belə münasibət bildirib: "Tim xoruldayır. Onda tibbi problemlər var, amma əməliyyata getmək istəmir. Ayrı evlərdə yaşamağımız heç də münasibətlərimizə təsir göstərmir. Əksinə, bu münasibətlərə daha da romantika və ehtiras qatır. Bir çox cütlüklər bizdən az ünsiyyət qurur. Əsası odur ki, biz adət halını aldığı üçün və ya məcburiyyətdən ünsiyyət qurmuruq. Biz bunu könüllü şəkildə edirik. Bundan əlavə, hərənin öz şəxsi dünyası var".

Görünür, qəribəlik bir müddət onların münasibətlərinin qorunub saxlanmasına kömək etdi. Lakin sevgi bitdikdən sonra hər şey əvvəlki qaydasına dönür. Helena uzun müddət öz üslubundan əl çəkmədi. Sanki obrazdakı kimi, qəribə saç düzümü, geyimləri onu insanların arasında fərqlindirirdi. Helena inanırdı ki, Tim onu necə varsa elə də sevəcək.

Amma elə vaxt gəldi ki, Timin Helenaya nə aktrisa, nə də qadın kimi marağı qaldı. 56 yaşlı Tim və 48 yaşlı Helenanın münasibətlərində soyuqluq yarandı. Çoxları Tim və Helenanın fərqli dünyanın insanları olduğunu deyirdi. 13 illik münasibətlərdən sonra Tim və Helena ayrılmağa qərar verdilər. Buna baxmayaraq onlar uşaqlarının tərbiyəsi ilə birgə məşğul olurlar.

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm