Varlılar belə yaşayır - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Varlılar belə yaşayır - FOTOLAR

Pul hər şeyi həll edir. Lakin pulla həqiqi sevgi almaq mümkün deyil. Hər halda pul olan yerdə gözəl qızlarla, bahalı maşınlar və qiymətli əşyalarla şəkil çəkdirib "Instagram"da yerləşdirmək olar. Amma elə şeylər var ki, onları pulla əəldə etmək qeyri-mümkündür.

Publika.az milyaderlərin günlərini necə keçirməsini əks etdirən fotoları təqdim edir.

Milyarder Den Bilzerianı "Instagram"ın kralı adlandırırlar. Qumar oyunlarından sonra varlanan Deni şəkillərdə tez-tez yarıçılpaq qızlarla görmək olar. Əyləncələrin birində Den porno ulduzlarından birini villasının damından hovuza atmağa cəhd edib. Lakin 19 yaşlı qız hovuzdan kənara yıxıldığı üçün ayağı sınıb. "Instagram" səhifəsində Denin 9 milyona yaxın izləyicisi var. İnsanlar milyarderin necə həyat tərzi keçirməsi ilə maraqlanır.

Milyarder Toni Tutuni "Instagram"ın yeni kralına çevrilmək üzrədir. 42 yaşlı milyarder öz "Instagram" səhifəsində daim dəbdəbəli həyatını nümayiş etdirir. Toni Tutuni İranda doğulub. 1979-cu ildə İranda baş verən inqilab zamanı ailəsi ilə Argentinaya, sonradan isə ABŞ-a köçüb. O, digər İran qaçqınlarından fərqli olaraq biznesmenə çevrilib. "Instagram" səhifəsində 600 mindən çox izləyicisi var və Toni maşınları, mülkü, yarıçılpaq qızları, silah və pulları nümayiş etdirməkdən doymur.

Britaniyalı milyarder Riçard Brenson, kayt-serfinqlə La-Manş boğazını keçən ən yaşlı insandır. Riçard Brensonun 65 yaşı var. O, da digər milyarderlərdən geri qalmayaraq daim çılpaq qızlar və modellərlə görünür. Şirkətinin 21-ci ildönümünə isə model, aktrisa Pamela Andersonu da dəvət edib. Həmin tədbirdə Riçard model Pamela Andersona sinəsini göstərməsini istəyib. Pamela xahişi yerinə yetirərək qonaqların qarşısında sinəsini açıb. Onun bu hərəkəti isə ictimaiyyətdə hiddətə səbəb olub.

"Rockstar" şirkətin təsisçisi və eyni adlı enerji içkisini istehsal edən Rassel Vayner "400 amerikalı milyarder" siyahısına daxil olub. Onun 28 yaşı var və böyük bir şirkətin rəhbəridir. "Forbes" jurnalı onun varidatını 2,1 milyard dollar hesablayıb.

Trevers Beynon avstraliyalı tütün maqnatıdır və özünü "Candyman"

(Şirinsevən) adlandırır. O, hər gün evində təşkil etdiyi gecə əyləncəsinin fotolarını "Instagram"da yerləşdirir. Qalmaqallı şəkillərdə 4 uşaq atası çılpaq qızlar, avtomobillər və açıq şəkillər yerləşdirir. Maraqlısı odur ki, onun qalmaqallı şəkilləri arasında arvadını da görmək olar. Uşaqlarının yaşadığı evdə hər axşam əyyaş və çılpaq əyləncələr təşkil olunduğu üçün, Trevers ictimaiyyət tərəfindən tənqidə məruz qalır. Buna baxmayaraq, Treves deyib: "Əvvəla onu qeyd etmək istərdim ki, mən ailəm və uşaqlarımı hər şeydən çox sevirəm. Səhər oyandıqda bizim hamımız özümüzü normal insanlar kimi aparırırıq. Mən ailəmin müdafiəçisi və dayağıyam". Onun arvadı uşaqlarının anası Tişa Beynon hər gün ərini onlarla qızla paylaşır. Bu azmış kimi Tişa yatağını ən yaxın rəfiqəsi ilə bölüşərək, üçlükdə yatırlar.

Rusiyanın Xabarovsk şəhərindən olan milyarder Qriqori Mamurin də adı qalmaqalda hallanır. Belə ki, bu yaxınlarda yayılan videolarının birində o, Moskva sakinlərinə yaxınlaşaraq özünün sidiyini içmək və pul müqabilində soyunmağı təklif edib. Kişi sakinlərin hamısı onun təklifini rədd edir. Hələ bir sakin isə ona yumruq ilişdirir. Sonra isə o, qadınlara yaxınlaşaraq 15 min rubl pul müqabilində soyunmağı təklif edir. Və onun təklifi ilə razılaşan qadınlar da tapılır.

Birləşmiş Ərəb Əmirliyindən olan Humeyd Aibkeş "Instagram" da şeyi nümayiş etdirir: bahalı maşın və yırtıcı heyvanlar. Onu tez-tez pələng və şirlərlə görmək olar. O, şirlərlə eyni hovuzda üzür və vəhşi pişiklərə bahalı avtomobilləri əzməyə icazə verir.

Timoti Sayks dünyanın ən milyarderlərindən biridir. Onun da marağında qızlar, avtomobillər və pullardır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm