Gözəlliyin sərhədi yoxdu - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Gözəlliyin sərhədi yoxdu - FOTOLAR

Aşağıda gördüyünüz modellər gözəllik anlayışını tamamilə dəyişir. Bu qadınlar cazibədar və çox fərqlidirlər. Buna baxmayaraq, bu qızlar da, hamı kimidirlər.

Publika.az təbii və qeyri-adi gözəlliyi ilə modellik fəaliyyəti ilə məşğul olan qızları təqdim edir.

Şantel Braun-Yanq

Kanadalı model 3 yaşından dəri piqmentinin pozuntusundan əziyyət çəkir. Ağ-qara dərili modeli "İnək qız" adlandırsalar da, o, öz qüsuru ilə model olmağa qərar verib.

Viktoriya Modesta

Latviyalı müğənni və model Viktoriya Modesta doğularkən ayağından zədə alıb. Nəticədə, Viktoriya qüsurlu ayağına görə, 15 dəfə uğursuz əməliyyat keçirib. Sonda isə ayağı amputasiya etməli oldular. Buna baxmayaraq, qızın özünəinamı heç də azalmayıb. Əksinə, Viktoriya həyatsevərliyi ilə hamıya nümunə göstərir.

Erika İrvin

Kaliforniyada yaşayan 35 yaşlı Erika İrvinin boyu 2 metr 5 santimetrdir. O, öz boyuna görə, dünyanın ən hündür modeli hesab olunur.

Maşa Telna

Ukraynalı model əsrarəngiz iri gözlərə malikdir. Onu bu gözlərə görə çox vaxt "yadplanetli" və "gözəl elf" adlandırırlar.

Karmen Dell Orefays

Bu modelin nə az, nə çox 84 yaşı var. Bununla belə, o, əvvəlki kimi gözəldir və dünyanın bir çox jurnalları üçün çəkilir, reklamlarda iştirak edir və podiuma çıxır.

Ceymi Brüer

O, dünyada Daun sindromlu ilk modeldir. Qeyri-adi görkəmli model "Amerika qorxuları" filmində də aktrisa kimi çıxış edib.

Deniz Bido

Pueto-Rikoda dünyaya gəlmiş 28 yaşlı model XXL ölçü geyimlərini nümayiş etdirir. Bido kök qadınların ən gözəl nümunəsi hesab edilir.

Keysi Leqler

Fransız əsilli Keysi ilk qadındır ki, kişilər üçün geyimləri nümayiş etdirir. Başqa sözlə desək, Keysi Leqler qadın olsa da, kişiyə oxşadığı üçün onunla müqavilə imzalanıb. Onun boyu 188 santimetr, saçları qısa, üzü sümüklüdür. Bu isə onu heç də kişidən fərqləndirmir.

Moffi

Onu tez-tez model Keyt Mossa oxşadırlar. Moffi çəp gözlərinə görə, məşhurdur. Onun çəp gözləri heç də Moffinin gözəlliyini aşağı salmır. Əksinə, gözləri Moffinin yarağıdır.

Diandra Forrest

Diandra yaşıl gözlü, afro-amerikalı albinosdur. Albinizm (anadangəlmə rəng piqmentinin olmaması) qara dərililər arasında nadir rast gəlinən haldır. Ona görə də, moda aləmində Diandra fərqliliyi ilə məşhurdur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm