• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Diktatorlar və onların hobbiləri - FOTOLAR

  • Maraqlı
  • 31 May 2015 22:13
  • 2 438 Baxış
Diktatorlar və onların hobbiləri - FOTOLAR

Etdikləri pislik və qorxunc hərəkətlərinə baxmayaraq, zülmkarlar da adi insanlar kimidir. Dünyanın tanınmış diktator və zülmkarların nəyə maraq göstərməsi və hobbiləri həmişə maraq dairəsində olub.

Publika.az tanınmış zalim və qaniçənlərin maraqlarını təqdim edir.

Usama ben Laden

"Əl-Qaidə" terror qrupunun təsisçisi Usama ben Ladenin Pakistandakı sığınacağında kitablar tapılıb. Dünyanın "1 nömrəli terrorçusu" adını almış şəxsin hansı kitabları oxuması hamının təəccübünə səbəb olub. Sən demə, Usama daha çox özü tərəfindən həyata keçirilmiş 11 sentyabr terakt aktından bəhs edən kitablar oxuyurmuş. Belə ki, o, həmin terror hadisəsi haqda kitab yazmış müəlliflərin kitabını öz şəxsi kitabxanasına toplayıb. Bundan əlavə, kitabxananın rəfində incəsənət üzrə ədəbiyyat ("Ərəb kalliqrafiyası ") və sağlam həyat ("İdman qidaları dərsliyi") kimi kitablar da yer alıb. Terrorçu həqiqətən də, idmanla maraqlanıb. O, daha çox voleybolu sevib. Bundan əlavə, ben Ladenin fiziki göstəriciləri də onun idmançı olmasına işarədir: onun boyu 193 santimetr olub. Şahidlərin sözlərinə görə, ben Laden tez-tez terror qrupu daxilində voleybol matçları da keçirib.

Adolf Hitler

Üçüncü Reyxin füreri qeyri-adi hobbiyə malik olub. O, animasiya filmləri izləməyi və disney personajlarının şəkillərini çəkməyi xoşlayıb. Onun rəsmi bioqrafiyasından da bəllidir ki, Almaniya diktatoru bədii istedada malik olub. Məlum məsələdir ki, Hitler gənc yaşlarında Vyana incəsənət akademiyasına daxil olmaq istəyib. Lakin iki dəfə onu akademiyaya qəbul etməyiblər. Adolf Hitlerin ən sevimli cizgi film personajı 1937-ci ildə Uolt Disneyin şirkəti tərəfindən buraxılan "Ağca xanım və 7 cırtdan" olub. Şahidlərin sözlərinə görə, bu filmin əsli onun arxivində saxlanılıb və mütəmadi olaraq şəxsi kinoteatrında izləyirmiş.

Səddam Hüseyn

İraqın keçmiş prezidenti Səddam Hüseyn kədərli sevgi romanlarını xoşlayıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmiş gözlənilməz tapıntıdan sonra bu fakt təsdiqlənib. 2001-ci ildə İdarənin üzvləri Londonda yerləşən ərəb kitab mağazasında maraqlı bir kitaba rast gəlib. Əsərin adı "Zabiba və Kral"dır, kitabın müəllifi və üstündəki şəkli isə Səddam Hüseyn idi. Kitab sevgi romanı əsasında yazılaraq İraq dövlətinə işarə edilib. Süjet isə belədir: müdrik və ədalətli kral Səddam və gözəl, bakirə kimi təmiz, qüsursuz Zabiba (İraq bu adla təcəssüm etdirilib) bir-birini çox sevirdi. Sevgililər bir-biri ilə Allah, sevgi, şeir haqda söhbətlər edir... Onlar başa düşürlər ki, bir-birindən ayrı yaşaya bilməzlər. Lakin qəfildən bədbəxt hadisə baş verir: qorxunc əcinnə (ABŞ-ın simasında) gözəl Zabibanı zorlayır...

İosif Stalin

Tarixin ən qəddar diktatorlarından biri olan İosif Stalin rəsm, ədəbiyyatla maraqlanıb və şeir yazıb. Soso Cuqaşvilinin gənclik illərində yazdığı bir neçə şeiri qorunub saxlanılıb. Şeirlər 1895-1896-cı illərdə "İveriya" və "Kvali" qəzetlərində nəşr olunub. Onun 16 yaşında yazdığı "Səhər" şeiri ibtidai sinif dərsliyinə də salınıb. Şeirdən əlavə, Stalin çılpaq kişi təsvirli qrafikaya da maraq göstərib. Hər belə bir qrafikanın altından o, özünün qeyd və şərhlərini yazıb. Mütəxəssislər şəkil altından yazılan xəttin həqiqətən də, İosif Stalinə məxsus olduğunu təsdiqləyib. Bu marağına görə Stalinin seksual oriyentasiyası haqda şayələr də yayılıb. Lakin psixoloqlar bu şübhələri aradan qaldıra bilib. Onların sözlərinə görə, Stalin bu yolla əylənirmiş, burada heç bir homoseksual meyl yoxdur.

Alfonso "Al" Kapone

"Üzü çapıqlı" təxəllüsünü almış Al Kapone, amansız qanqster və məşhur mafioz olub. Onun yolunun üstündə duran hər kəsi güllələməyə hazır olması hamıya bəllidir. Lakin heç kim onun nə dərəcədə romantik və sentimental olduğunu bilməyib. Alkatraz həbsxanasında olarkən Al Kaponenin qəribə bir istedadı üzə çıxıb: o, hüznlü sevgi şeirləri yazıb. Həbsxana kamerasında Al Kapone banco musiqi alətində öz şeirlərinə mahnı qoşub. Al Kaponenin "Madonna Mia" ifası isə daha da məşhurlaşıb. Mahnı Alkatrazın keşişinə həsr edilib. Adı çəkilən mahnını küçə musiqiçiləri də ifa etməyə başlayıb. 2009-cu ildə isə mahnın sözlərinin nüsxəsi 65 min dollara satılıb. Nüsxəni Al Kapone pərəstişkar klubunun üzvlərindən biri alıb.

Kim Çen İr

Şimali Koreyanın dövlət, partiya və hərbi xadimi Kim Çen İr basketbolçu Maylk Cordanın sadiq pərəstişkarı olub. Kim Çen İr basketbolçunun oyunundan olan bütün videoları evində saxlayıb. Bundan əlavə, Koreya lideri Mayklı dəfələrlə evinə qonaq çağırıb, lakin basketbolçu nəzakətlə bu təklifdən imtina edib. Bunun əvəzində isə, Maykl ona avtoqraflı top göndərib. Hazırda top muzeydə saxlanılır.

Avqusto Pinoçet

Pinoçetin hakimiyyəti illərində Çilidə uzun müddət baş verən qəddarlıqları təsəvvür etmək belə azdır. Onun dövründə ölkədə hərbi diktatura yaradılıb, insanlar cəza və edamlara məhkum olub. Lakin Pinoçetə yaxın olan insanlardan birinin verdiyi məlumata görə, adı çəkilən diktator güzgüdəki əksindən və kölgədən qorxub. Pinoçet həmçinin coğrafiya elmini çox sevib. Ona görə də, generalın elmi işləri arasında aşağıdakı dərsliklər olub: "Çili, Argentina, Boliviya və Perunun coğrafiyası" (1954), "Çilinin coğrafiyası" (1955), "Geosiyasət" (1968) və digər kitablar.

Fransisko Franko

Fransisko Franko İspaniyada törətdiyi qəddarlıqları ilə yadda qalıb. O, özünün kütləvi edamları ilə məşhurdur. Deyilənlərə görə, Fransisko rəssamlıqla maraqlanıb. Diktatorun nəvəsi deyib: "...o, dahi rəssam idi. Onun bir çox işləri məşhur rəssamların əl işlərinin nüsxəsi anamın portreti idi". Bundan əlavə, Franko özünü yazıçılıq sahəsində də sınayıb. Onun ilk əsəri olan "Mərakeş" 1939-cu ildə yazılıb.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR