• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Milyonların sevimlisi səfeh sarışın - FOTOLAR

  • Maraqlı
  • 1 İyun 2015 22:54
  • 1 416 Baxış
Milyonların sevimlisi səfeh sarışın - FOTOLAR

Dünyaya gələrkən onu XX əsrin məşhur aktrisası Norma Talmacın şərəfinə Norma adlandırdılar. Anası Qledis kinostudiyada işləyirdi. O, studiyada aktrisa Norma Talmecin yaradıcılığını izləyirdi və istedadına vurğun idi. Ona görə də, Qledis dünyaya gələn qızını Norma adlandırdı. Qadın istəyirdi ki, qızı da böyüyəndə aktrisa olub Hollivudu fəth etsin. Qız böyüdü və nəinki, Hollivudu hətta, dünyanı fəth etdi. Lakin o, artıq Norma Talmac yox, Merilin Monro idi...

Publika.az "Bizim tərcümə" layihəsində 1 iyunda dünyaya gəlmiş məşhur aktrisa Merilin Monronun həyat hekayəsini və sitatlarını təqdim edir.

Norma-Merilinin uşaqlığı heç də xoşbəxt keçməyib. Onun atası yox idi, özünü təmin edə bilməyən anası qızını da təmin edə bilməyəcəyini bilirdi. Ona görə də, Qledis 2 həftəlik qızcığazı başqa ailənin himayəsinə verdi. 7 yaşına kimi anası Normaya baş çəkirdi. Lakin Qledisdə psixoloji problemlər yarandı və insanların üstünə bıçaqla hücum çəkdiyi üçün onu ruhi əsəb dispanserinə yerləşdirdilər. Uşaqlıq illərini Norma uşaq evində və yad ailələrdə keçirməli oldu.

12 yaşında 2 dəfə zorlandı. Birinci dəfə atalığı, ikinci dəfə isə ögey qardaşı Normanı zorlamağa cəhd etdi. Elə buna görə də, Norma-Merilin kişilərə olan etibarını itirdi. Merilinin ən böyük uğuru loqopedin köməkliyi olmadan pəltəklikdən sağalması olub. Qız 16 yaşına kimi 2 sözü yanaşı qoyub cümlə deyə bilməyib. Lakin öz səyi nəticəsində qüsuruna qalib gəlib.

20 yaşında foto modelliyə başlayan Merilin heç də gözəl deyildi. Heç vaxt sevgi, qayğı görməyən qız daim depressiyadan əziyyət çəkib.

"Heç vaxt heç kim mənə qızım deyə müraciət etməyib. Heç kim heç vaxt məni qucaqlamayıb və öpməyib...", o öz xatirələrində qeyd edib.

Hətta psixologiya elmində "Merilin Monro sindromu" deyilən anlayış var. Bu adətən uşaqlıqdan sevgi, qayğı görməyən insanların psixologiyasında yaranan sindromdur.

Kino təklifi aldıqdan sonra Norma adını və görkəmini tamamilə dəyişdi. Nənəsinin soyadını götürən Merilin Monro ilə işləmək heç də asan deyildi. Onun tez-tez sözləri unutması, qarışdırması rejissorların qəzəbinə səbəb olurdu. Onun iştirakı ilə çəkilən filmlər 20-40 dubldan sonra alınırdı.

Merilin 2 dəfə ərdə olub və ana olmaq arzusunda ilə alışıb yanıb. Amma səhhəti ucbatından Merilin 13 dəfə aborta əl atmalı olub. Bundan əlavə, Merilin getdikcə spirtli içki və narkotik maddələrə qurşanırdı. Merilinin ABŞ prezidenti Con Kennedi və onun qardaşı Robert Kennedi ilə sevgi münasibətində olması haqda şayiələr də yayılıb.

Merilin Monro istifadə etdiyi narkotiklərə görə, bir neçə dəfə komaya da düşüb. Sonuncu dəfə 1962-ci il avqustun 4-də Merilin yuxu dərmanları qəbul edərək 36 yaşında əbədi yuxuya getdi.

Onun otağında araşdırma aparan mütəxəssislər isə gördüklərindən şoka düşdü: dünya şöhrətli, hamının sevimlisi Merilin şəkillərsiz, çiçəksiz sadə bir evdə yaşayırdı. Otaq yalnız çarpayı, dolabça, otaq lampasından və çox saylı dərmanlardan ibarət idi. Milyonların sevimlisi xarakter dəyişikliyindən əziyyət çəkirdi (o gah sevincli, gah da depressiv idi).

Merilindən özündən sonra filmlər və həyati kəlamlar qoyub getdi. Həmin kəlamları təqdim edirik:

"Evliliyə qədər qadın kişi ilə sevişir ki, onu əldə saxlasın. Evlilikdən sonra isə qadın sevişmək üçün kişini əldə saxlamağa çalışır...

Çalışın ki, narahat olmayasınız, narahat edəsiniz...

Mən plastik əməliyyatsız qocalmaq istəyirəm. Əməliyyat üzü həyati əlamətlərindən məhrum edir. Ömrümün sonuna kimi üz simamı saxlamaq istərdim.

Hərdən düşünürəm ki, qocalıqdan qaçmaq üçün cavan ölməyim yaxşı olardı. Onda həyatım tamamlanmamış qalacaq, elə deyilmi?...

İnsanlar mənə güzgüyə baxırmış kimi zillənir. Onlar məni görmür, onlar mənim simamda şəhvətli hisslərini görür, sonra ağ maska geyinərək məni şəhvətpərəst adlandırırlar...

Uğur başqa insanların sizə nifrət etməsinə səbəb olur. Çox istərdim ki, ətrafdakı insanların nəfsi olmadan uğurumdan həzz ala bilim.

Bütün qayda-qanunlara əməl etsəydim, uğurlarımın heç birinə nail ola bilməzdim...

Günlərin birində mövcud olmadığımı hiss etdim. Mövcud olmağım üçün yeganə çıxış yolu başqa biri olmaq idi. Yəqin ona görə də, aktrisa oldum...

Bilirəm ki, heç zaman xoşbəxt ola bilməyəcəm. Lakin ölənə kimi şux bir insan olaraq qalacam...

Gecə kimisə gözləmək və "Geri qayıt!" demək üçün ən münasib vaxtdır. Təəssüf ki, bu sözü deməyə də kimsəm yoxdur...

Bütün kişilər eyni cürdür. Sadəcə olaraq, qadınlar onları fərqləndirmək üçün kişilər müxtəlif simaya malikdirlər...

Sevgisiz öpüş-yalnız və yalnız tüpürcəklərin qarşılıqlı dəyişdirilməsindən başqa bir şey deyil...

Mən öz karyeramı sarışın-fahişə kimi başladım. Və həyatımı da belə bitirəcəm...

Qadına bir cüt hündür daban ayaqqabı verin və o, bütün dünyanı fəth edəcək...

Müdrik qadın öz çərçivəsini tanıyır. Ağıllı qadın isə belə bir çərçivənin olmadığını bilir...

Həyatda ən çox istədiyin şeyi pulla almaq olmur...

Sənin şəxsiyyətini tanımadan sevənlər, günlərin birində sənə nifrət etməyə başlayacaq...

Əşyaları unutmaq üçün çox güclü yaddaşa malikəm...

Bədən örtülmək üçün yox, tamaşa etmək üçün nəzərdə tutulub...

Mən öz sevgisini tapmağa çalışan böyük dünyanın balaca qızıyam...

Tənhalıq bədbəxt olmaqdan yaxşıdır...

Mən hər zaman ərə getməyə qorxmuşam.

Həyat mənə öyrədib ki, bir insan səni sən onu sevdiyin kimi sevməyə bilər...

Qadında iki şey gözəl olmalıdır: baxışlar və dodaqlar. Çünki baxışla qadın sevir, dodaqla sevgisini sübut edir...

Mənə səfeh deyəndə incimirəm. Çünki bilirəm ki, səfeh deyiləm...

Gecikmək-səni gözlədiklərinə əmin olmaqdır. Məhz səni gözləyirlər, başqa birini yox. Çünki sən əvəzedilməzsən...

Mən elə bilirdim ki, sevilmək arzuolunmaq deməkdir. İndi isə düşünürəm ki, sevilmək kiminsə üzərində hakimiyyətə sahib çıxmaqdır...

Mən heç vaxt xoşbəxt olmağa öyrəşməmişəm, ona görə də, xoşbəxtliyi özümə öhdəlik kimi düşünmürəm...

İtlər məni heç vaxt dişləməyib. Yalnız insanlar dişləyib...

Arvadlarına xəyanət edən kişilər yataqda əsrarəngizdir...

Balaca olanda heç kim mənə gözəl olduğumu deməyib. Gözəl olmasa da belə, bütün balaca qızlara onların nə dərəcədə gözəl olduğunu demək lazımdır...

Kişiləri narahat etməmək üçün biz gözəl qadınlar özümüzü səfeh kimi göstərməliyik...

Biz qadınların iki silahı var: göz üçün tuş və göz yaşları. Lakin biz ikisini də eyni anda istifadə edə bilmərik...

Ər o adamdır ki, sənin ad gününü unudar, lakin sənin həqiqi yaşını dilə gətirmək fürsətini əldən verməz...

Dünyanın kişilər tərəfindən idarə olunmasının əleyhinə deyiləm. Bir şərtlə ki, bu dünyada qadın olmağıma imkan versinlər...

Ağıllı qadın qulaq asır, öpür, inanmır və onu getməzdən əvvəl özü çıxıb gedir..."

Tərcümə: Nərmin

Xəbər lenti

DAHA ÇOX XƏBƏR