Sevgililər tarixi körpünü çökdürdü - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Sevgililər tarixi körpünü çökdürdü - FOTOLAR

Parisdə yerləşən "İncəsənət" körpüsü ("Pont des Arts") bir növ sevgililərin simvolu hesab olunur. Romantik şəhərə təşrif buyuran sevgililərin körpüyə qıfıl bağlaması adət halını almışdı. Lakin bu gündən etibarən Sena çayı üzərində inşa edilən körpüdən qıfıl asmağa icazə verilməyəcək.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, XIX əsrdə hazırlanan körpünün üzərindəki bütün qıfıllar yığışdırılıb. Körpünün ağırlıqdan çökmə riski yarandığı üçün qıfılların asıldığı sütunlar yeniləri ilə əvəzlənib.

Qeyd edək ki, ağırlıq ucbatından keçən yay metal sütunlardan biri qırılaraq çaya düşüb. Bir daha körpüdə sevgililərin qıfıl asmaması üçün metal əvəzinə şüşə dayaqlar qoyulacaq. Napoleon zamanından tikilən körpünün metal dayaqları üzərində 700 mindən çox qıfıl olub. Bu isə körpüyə əlavə 500 kiloqram ağırlıq verib. Fransa hökumətinin qıfılları yığışdırma səyi sevgililəri məyus edib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm