Azərbaycandan görünən qalaktikalar: “Siqar”, “Eskimos”, “Qartal”... - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Azərbaycandan görünən qalaktikalar: “Siqar”, “Eskimos”, “Qartal”... - FOTOLAR

Kosmosun, qalaktikamızın, o cümlədən ayrı-ayrı ulduzların Yer planetindən çəkilişi hər kəsin marağı ilə qarşılanır. Təqdim etdiyimiz bu fotolar Şamaxı Astrofizika Rəsədxanasının teleskopları tərəfindən çəkilib.

Rəsədxananın direktor müavini Xıdır Mikayılovun Publika.az-a təqdim etdiyi olduqca maraqlı fotoları astrofiziklərimiz lentə alıblar.

Xüsusi hazırlanmış avadanlıqlar teleskoplara bağlanılıb və fotolar da onun vasitəsilə çəkilib. Fotolarda qalaktikamızdakı müəyyən obyektlər - əsasən dumanlıqlar, ulduz topalıqları əks olunub.

Publika.az astrofiziklərimizin çəkdikləri fotoları təqdim edir:

1. At Başı dumanlığı (Barnard 33), Yerdən məsafə 1500 işıq ilidir.

2. Orion dumanlığı (M42). 1344 işıq ili məsafəsindədir.

3. Üç hissədən ibarət dumanlıq (M 20). Məsafə 5200 işıq ilidir.

4. Burulğan Qalaktika (M51). Yerdən məsafə 23 milyon işıq ilidir.

5. Siqar qalaktikası, 22 milyon işıq ilidir.

6. Qantel dumanlığı. Planetimizdən məsafəsi 1360 işıq ilidir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm