Daha bir biabırçı "şeytan çıxarma" videosu yayıldı - VİDEO
Bizi izləyin

Bilgi.az

Daha bir biabırçı "şeytan çıxarma" videosu yayıldı - VİDEO

Sosial şəbəkələrdə Moldovada ailəvi problemləri olan bir gəncin bədənindən "şeytan çıxarılması"nı əks etdirən video-çarx yayılıb.

ANS PRESS-in məlumatına görə, görüntülərdə kilsənin rahibi ruhuna şeytan girdiyini iddia etdiyi gəncin belinə minib.

Ortodoksal din xadimi belinə mindiyi gəncdən iməkləməsini tələb edir və vaxtaşırı onun qulağını dartır.

Qeyri-adi seans vaxtı bədəni ağrıdığı güman olunan gəncin, "xilas edin" – fəryadı ətrafa yayılır. Keşiş daha sonra xəstənin belindən enir və kilsə zənglərinin müşayiəti ilə onu tapdalayır. Yanında olan iki nəfərdən dəstək alan din xadimi xəstəni belindən ayağına qədər və əks istiqamətdə əzişdirməyə davam edir. Əzişdirmə əməliyyatından sonra yerə düşərək şükür duası oxuyan keşiş xəstəni yenidən tapdalamağa başlayır.

Keşişin həyata keçirdiyi biabırçı "şeytan çıxarma ayini" həvəskar kamera tərəfindən lentə köçürülüb.

Videonun sosial şəbəkələrdə paylaşılmasından sonra keşiş barəsində istintaq başladılıb.

Qeyd edək ki, daha əvvəl də insanların bədənindən "şeytan çıxarılması"nı əks etdirən videolar yayılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm