• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

KQB arxivindən çıxan UNO görüntüləri - FOTOLAR

  • Maraqlı
  • 18 Sentyabr 2014 06:35
  • 9 458 Baxış
KQB arxivindən çıxan UNO görüntüləri - FOTOLAR

KQB-in sirli sənədləri

90-cı ilin əvvəllərində UNO (Uçan naməlum obyekt) ilə bağlı məlumatların SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsi (KQB) tərəfindən toplanması faktları məlum oldu. Bu mövzu barəsində KQB-in sirli sənədləri iki dəfə kosmosda olan Pavel Popoviçin sorğusu əsasında tərtib olunmuş "Göy qovluq"-da saxlanılırdı. Hazırda sənədlərin əksəriyyəti Rusiya Coğrafiya Cəmiyyətinin UNOlogiya Komitəsinin arxivində saxlanılır.

Xəzər dənizi yaxınlığında insident

"Göy qovluq" sənədlərində 1984-cü il Türkmənistan ərazisində yerləşən hərbi hissədə baş vermiş hadisə təsvir olunub. Xəzər dənizinin Həştərxan rayonu tərəfdə 2000 metr hündürlükdə obyekt göründü. Görkəminə görə, obyekt şara bənzər idi. Şarı vurmaq üçün havaya iki qırıcı təyyarə göndərildi, lakin onu vurmaq cəhdləri boşa çıxdı. Bundan əlavə, atəş açdıqca obyekt təyyarələrin uça bilməyəcəyi alçaqlığa enirdi. Maraqlıdır, atəş açılmasına baxmayaraq obyekt sürətini dəyişmirdi. Şar alçaqlıqdan uçduğu üçün obyektin şəkillərini çəkmək mümkün oldu.

Krasnovodskda isə obyekt vertolyotu vurmağa cəhd edirdi. Lakin sonradan vertolyot üçün əlverişsiz hündürlüyə qalxaraq səmada asılı vəziyyətdə qaldı. Şara atəş açılan zaman dəniz tərəfdən uçaraq radiolokasiyalardan və gözdən itdi.

Bir ildən sonra Krasnovodsk rayonunun radiolokasiya stansiyasının kapitanı Valuyev 20,000 metr hündürlükdə diskə bənzər formalı obyekt aşkar etdi. Onun diametri 1000 metr idi! Obyekt səmada asılı vəziyyətdə qalmışdı və bir müddətdən sonra diametri 5 metr olan balaca disk ondan ayrılaraq Krasnodarsk sahillərində yerə endi. Xəzər dənizi hərbi donanmasının kateri ona yaxınlaşdıqda obyekt bir neçə kilometr kənara çəkilirdi. Kater yenidən ona yaxınlaşır, disk yenə bir neçə kilometr kənara uçurdu. Beləliklə, bu hadisə 4-5 dəfə təkrar olunur. Sonra obyekt yüksək sürətlə səmaya qalxaraq kosmosa uçur.

Şərqin yay düzənlikləri

"Göy qovluq"-un hesabatlarında yazılıb: "25 noyabr 1986-cı il Moskva vaxtı ilə saat 12:50 radələrində Maqadan hava limanında naməlum obyekt aşkar edildi". Bu zaman obyektin görüşünə AN-12 təyyarəsi göndərildi. Təyyarənin ona yaxınlaşdığını görən obyekt saatda 900-1000 km uçaraq istiqamətini dəyişir. Sonradan sürətini daha da artıraraq saatda 3000 kilometrlə uçub radiolokasiyalardan yoxa çıxır.

Digər sənəddə deyilir: "1985-ci ilin 23 mayında Xabarovskda təlim məşqləri zamanı səmada ellips formasında açıq narıncı rəngli obyekt müşahidə olunur. Obyekt ətrafa ağ işıqlar saçırdı. Sonra hündürlüyə qalxaraq yüksək sürətlə gözdən itdi".

Qərbdə

1987-ci il Leninqrad hərbi hissənin əsgərləri xüsusi tapşırıq üçün Kareliyanın şimalına göndərilir. Tapşırıq naməlum mənşəli obyektin tədqiqatı və mühafizəsindən ibarət idi. Aviasiya hərbi qüvvələri tərəfindən tapılan obyekt anbarda gizlədilmişdi. Obyektin uzunluğu 14 metr, eni 4 metr, hündürlüyü isə 2,5 metr idi. Obyektin nə qapısı, nə pəncərəsi, nə də içəri daxil olmaq üçün digər vasitəsi vardı. Korpusu heç cür açmaq mümkün deyildi. Korpusun üzərindəki bəzi detalları çıxarmağa cəhd göstərdilər lakin qabığının qəlibindən başqa heç bir şey əldə olunmadı. Sentyabrın əvvəllərində obyekt naməlum səbəblərdən yoxa çıxdı.

Cənub

1989-cu il 30 sentyabr tarixində Soçi qəzetlərinin birində UNO haqqında məqalə dərc olundu. Qeyd olunurdu ki, müxtəlif istiqamətlərdə uçan dörd təyyarənin heyəti səmada 2 uçan halqanın şahidi olublar. "Göy qovluq"-da da bu haqda dispetçerin məlumatı yer alıb. Orada qeyd edilir ki, səmada 2 naməlum obyekt peyda olub. Onlardan birinin forması kvadrat, digərinin isə romba bənzərdir.

İnsanların şahidliyi

21 oktyabr 1989-ci ildə Maqadan əyalətinin yerli sakinləri səmada uçan naməlum obyekti müşahidə ediblər. Baykonur kosmodromunda çalışan şahidlərdən biri qeyd edib ki, obyekt saatda 1000 kilometrlə hərəkət edirdi. Uçuş tamamilə səssiz həyata keçirilirdi və obyektin kənarlarından od çıxırdı.

Lakin şahidlər gördüklərini təsvir etməkdə çətinlik çəkirlər.

UNO-larla bağlı faktların toplandığı "Göy qovluq" öz sirrini qorumağa davam edir. Kim bilir, bəlkə də yaxın gələcəkdə bu sirrləri ictimaiyyətlə paylaşacaqlar. ncaq hələlik, bizə məlum olan odur ki, bu kainatda tək deyilik. Və gecələr öz parıltılarıyla bizi heyran qoyan ulduzlarda qonşularımız yaşayır. Onların bizi sevib sevmədiklərini isə bilə bilmərik.

Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR