Milyarderlə 2 milyonluq nahar - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Milyarderlə 2 milyonluq nahar - FOTOLAR

Məşhur amerikalı milyarder Uorren Baffetlə nahar eBay internet-hərrac üzərindən 2,34 milyon dollara satılıb.

Publika.az "Kommersant"a istinadən xəbər verir ki, hərracda qalib gələn Çinin onlayn kompüter oyunları hazırlayan "Dalian Zeus Entertainment" şirkətidir.

Şirkətin təxminən 8 nəfərlik heyəti "Berkshire Hatway" holdinqinin sahibi ilə nahar üçün Nyu-Yorkun mərkəzində yerləşən məşhur "Smith and Wollensky" restoranına gələcək. Artıq 16-cı dəfə keçirilən bu ənənəvi hərracdan əldə olunan gəlir isə San-Fransiskoda kasıb və evsiz əhaliyə kömək üçün "Glide Foundation" xeyriyyə təşkilatına köçürüləcək.

Qeyd edək ki, 2013-cü ilin iyulunda məşhur milyarder Baffett dünya rekorduna imza atmışdı. O, xeyriyyə təşkilatına 2 milyard dollarlıq hərrac paketini bağışlamışdı.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm