• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Googlenin 8 sürpriz yumurtası

  • Maraqlı
  • 6 Mart 2014 12:15
  • 458 Baxış
Googlenin 8 sürpriz yumurtası

Googledə edə biləcəyiniz bu xüsusi axtarışlar, digərlərinə çox bənzəmir.

Texnologiya əyləncəli olduğu qədər soyuq, duyğusuz bir fakt. Ancaq nəticədə o da insanların əlindən çıxır. İnsanların olduğu yerdə isə təbii ki, bir miqdar yumordan qaçmaq çətindir. Yaradıcılar, üzərində çalışdıqları məhsullarının kodlarının içərisinə kiçik , əyləncəli zarafatlar, yəni sürpriz yumurtalar yerləşdirirlər. Bu yazımızda Googledəki ən əyləncəli 8 sürpriz yumurtanı bir araya gətirdik. Movqe.Az bunları sizə təqdim edir.

Recursion

Təkrarlama mənasını verən bu sözü axtardıqda ən üstdə "Bunu demək istəyirdiniz? "Recursion" tövsiyəsini görəcəksiniz. Yəni Googledə "recursion" sözünü aradığınızda sonsuz bir döngəyə girməyə hazır olmalısınız.

Tilt / Askew

Bu sözlərdən birini axtardıqda səhifənin bir neçə dərəcə döndüyünü görəcəksiniz.

Tənha rəqəm

Google "the loneliest number" axtarışını etdikdə Google kalkulyatorun açıldığını və ekranında 1 yazdığını görəcəksiniz.

Atari Breakout oynayın

Googlenin vizual axtarış səhifəsini açın və Atari Breakout sözlərini axtarın. İlk başda hər zamanki kiçik şəkilləri görəcəksiniz. Bir neçə saniyə gözləyin. Brauzer içindən oynaya Breakout qarşınızda olacaq.

Harlem Shake edin

Harlem Shake, ötən il YouTube-u silkələmiş , bir çox istifadəçinin ev istehsalı videolarını saytda bölüşmüşdü . Bəs, YouTube, Harlem Shake üçün nə etdi? YouTubenin axtarış qutusuna "do the Harlem Shake " yazın və görün.

Klinqon dili danışa bilirsinizmi?

Googlenin parametrlər səhifəsini açın və seçimlərə göz atın. Googledən pirat dilində danışmasını istəyə və ya dili Klinqon olaraq nizamlayıb "latlh" a basaraq kəşfə çıxa bilərsiniz.

1998 Google

1998-də qurulan Googlenin ilk halı, əlbəttə, bu günkündən olduqca fərqli görünürdü. Necə olduğunu görmək istəyirsiniz? Onda "Google in 1998" yazın və axtarın. (Axtarışı İngilis dilli Google-də edin).

TARDIS-ə addım atın

Doctor Who ardıcılları Google Maps-dəki Street View Mode-u istifadə edərək TARDIS-ə girə bilərlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR