Galaxy S4 üçün Android Kitkat yeniləməsi gəldi
Bizi izləyin

Bilgi.az

Galaxy S4 üçün Android Kitkat yeniləməsi gəldi

Galaxy S4 üçün Android Kitkat yeniləməsi gəldi

Samsungun məşhur ağıllı telefonu Galaxy S4 , Android 4.4.2 Kitkat versiyasını yeniləyib.

Movqe.Az xəbər verir ki, Cənubi Koreyalı texnologiya nəhəngi Samsungun 2013-ci ilin admiral gəmisi Galaxy S4 üçün gözlənilən Kitkat aktuallaşdırması yayımlandı.

424 MB ölçüsündəki yeniləmə , istifadəçilərə Kitkatın bütün yeniliklərilə yanaşı , sabitlik və gözlə görülən sürətlənmə təqdim edir.

Galaxy S4-ün Snapdragon prosessorlu modelləri üçün təxminən 1 ay əvvəl yeniləmə yayımlanmışdı , Exynos prosessorlu modellər üçün isə tezliklə yayımlanacağı deyilmişdi. Belçika , Hollandiya , Yunanıstan və Polşa kimi Avropa ölkələri ilə bərabər gələn yeniləmə , tezliklə bütün cihazlar üçün yüklənilə biləcək.

Cihazınızın yeniləmə alıb almadığını nəzarət etmək üçün Parametrlər > Proqramlar Updates hissəsinə baxa bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm