Su altında qalmış qədim şəhərin tədqiqatı başlandı - FOTO
Bizi izləyin

Bilgi.az

Su altında qalmış qədim şəhərin tədqiqatı başlandı - FOTO

Rusiyanın Sankt-Peterburq şəhərinin arxeoloqları suyun altında qalmış qədim Akra şəhərində tədqiqatlara başlayıblar.

Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, arxeoloqlar Krımdakı qədim Akra şəhərinin tarixini öyrənmək üçün növbəti ekspedisiyaya başlayıblar. Şəhər 1500 il əvvəl suyun altında qalıb. Yaşayış məskəninin suyun altında qalan hissələri eramızdan əvvəl IV əsrdən bizim eraya qədərki dövrü əhatə edir.

Arxeoloq Sergey Solovyev Akra ilə bağlı tədqiqatlarda üzə çıxarılmamış xeyli məqamların olduğunu deyib. O qeyd edib ki, araşdırmalarla şəhərin qədim tarixi ilə bağlı bəzi detallar aşkarlana bilər. Şəhərin müdafiə divarları, iki qülləsi, yeraltı zirzəmiləri Akranın öz dövrünün inkişaf etmiş yaşayış məskənlərindən olduğunu göstərir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm