Britaniya halal əti yığışdırır
Bizi izləyin

Bilgi.az

Britaniya halal əti yığışdırır

Britaniya halal əti yığışdırır

Britaniya baytarları heyvanların halal və koşer kəsilməsinə qadağa qoymaq istəyir.

Britaniya Baytarlar Cəmiyyəti bildirib ki, qida üçün nəzərdə tutulmuş ev heyvanlarının boğazından kəsilməsi onların əziyyət çəkməsinə səbəb olur.

Adətə görə, İslam və Yəhudi dinlərində heyvan boğazından kəsilir ki, qanı axıb getsin və o zaman heyvanın əti insanların qidası üçün yararlı hesab olunur.

Cəmiyyətin başçısı heyvanları keyitməklə kəsilməsinin tərəfdarıdır və dini başçıları da bu yola dəvət edir.

1 ay bundan qabaq artıq Danimarka dövləti heyvanların dini yolla kəsilməsinə qadağa qoyub.

Müsəlman və Yəhudi icmalarının təzyiqlərinə baxmayaraq, ölkənin qida naziri “heyvan hüquqlarının dindən irəli olduğunu” bildirib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm