Dünyanın ən müəmmalı tapıntıları - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən müəmmalı tapıntıları - FOTOLAR

Qazıntılar zamanı aşkar edilmiş bəzi tapıntılar bu günədək tarixçi və arxeoloqları çaşbaş salır. Həqiqət axtarışında olan alimlər qədim zamanlara məxsus əşyaların sirliliyini çözməyə çalışır.

Publika.az elmin də aciz qaldığı və hələdə suallarına cavab tapılmayan bəzi arxeoloji tapıntıları təqdim edir.

Kosta-Rikadakı nəhəng daş kürələr

Kosta-Rikada yerləşən sirli daş kürələr bir çox insanların marağına səbəb olub. İdeal şəkildə kürələnmiş daşlar ilk dəfə XX əsrin 30-cu illərində tapılıb. Daşları işçilər banan plantasiyası salmaq üçün işləyərkən cəngəllikdə aşkar edib. Yerli əfsanələrə görə, sakinlər kürələrin içində qızıl saxlandığını düşünüb. Ona görə də, kürələrdən bəziləri sındırılaraq içi açılıb, lakin onların içi boş çıxıb. Kürə daşların kim tərəfindən və nəyə görə hazırlanması məlum deyil.

Bağdad batareyası

Elektrik kəşf olunana qədər onun ilkin formasını mesopotamiyalılar verib. XX əsrin 30-cu illərində Bağdad yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı "Bağdad batareyası" adı verilmiş sirli artefakt aşkar edilib. Onun belə bir görkəmi var: 13 santimetrlik qabın içindən metal çubuq keçir və onun bir hissəsi çöldə qalır. Qabın içərisində isə misdən hazırlanmış silindir yerləşdirilib. Onun da içərisində dəmir naqil qoyulub. Qədim batareya 1 volt gücündə elektrik cərəyan yarada bilib.

Voynıçın əlyazması

Dünyanın ən sirli kitabı Voyniçin əlyazması adını almış kitabdır. Onun müəllifi yoxdur və naməlum dildə yazılıb. Bundan əlavə, kitabın səhifələrində qəribə işarə və illüstrasiyalar var. Kitabın unikallığı ondan ibarətdir ki, o, heç bir hərf sisteminə uyğun gəlməyən dildə yazılıb. İndiyədək bu kitab deşifrə edilməyib.

İnklərin qızıl fiqurları

Cənubi Amerikada tapılmış qızıl fiqurların xarici görkəmi uçan aparata bənzəyir. Belə bir fiqurların nəyə əsasən hazırlanması isə məlum deyil. 1996-cı ildə alman aviamodelçiləri tapılan ink fiqurlarının iri modelini hazırladı. Maraqlısı odur ki, fiqurun 16 dəfə böyüdülmüş nüsxəsi havada mükəmməl uça bildi.

Genetik disk

Artefaktların birində insanın mikroskop altında görə biləcəyi proses və əşyaların təsvir olunduğu disk tapılıb. Diskdə dölün yaranma və prosesləri açıq aydın təsvir edilib.

Antikiter mexanizmi

Antikiter mexanizmi müasir kompyuterin analoqu olduğu hesab olunur. Onun üzərində aparılan 10 illik tədqiqatdan sonra alimlər bu mexanizmin Günəş, Ay, planetlərin hərəkətini, gün və ayın batmasını müşahidə etmək üçün nəzərdə tutulduğunu müəyyən edib. 1000 il bundan əvvəl hazırlanmış texnika mürəkkəb qurğulardan ibarətdir. Onun kim tərəfindən və necə hazırlanması məlum deyil.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm