Paltarın qolunun altındakı sarı tər ləkələrini çıxaran məhlul
Bizi izləyin

Bilgi.az

Paltarın qolunun altındakı sarı tər ləkələrini çıxaran məhlul

Yayın gəlişi və havanın temperaturunun yüksəlməsi ilə bədənimiz, adətən, daha çox tər ifraz edir. Bu isə o deməkdir ki, paltara sarı tər ləkələri düşdüyü üçün onu hər gün dəyişməli olacağıq. Lakin sarı ləkələrin öhdəsindən gəlmək çox çətindir, hətta onlarla mağazalarda satılan ağardıcılar belə bacarmır. Əgər bu məsələ sizə tanışdırsa, Publika.az-ın təqdim etdiyi məsləhəti mütləq sınaqdan keçirin. Bu sadə resept paltarlardan sarı tər ləkəsini təmizləyəcək və sevdiyiniz geyimi xilas edəcək.

Lazım olacaq ləvazimatlar:

Qabyuyan şampun 1 çay qaşığı

Hidrogen peroksidi 3-4 çay qaşığı

2 xörək qaşığı soda

Hazırlanması:

Bütün inqrediyentləri qarışdırın və onu sarı ləkələr olan hissəyə sürtməyə başlayın. Paltarı bir qədər belə saxlayın, sonra yuyun. Nəticə sizi mütləq təəccübləndirəcək.

Ən əsası isə bu faydalı məlumatı dostlarınızla paylaşamağı unutmayın!

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm