• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Dünyanın qatı açılmamış sirləri - FOTOLAR

  • Maraqlı
  • 12 İyun 2015 01:52
  • 5 983 Baxış
Dünyanın qatı açılmamış sirləri - FOTOLAR

Dünyada izaholunmaz və sirli hadisələrə tez-tez rast gəlmək olar. Vaxt keçdikcə bəzi sirlərin üstü açılır və onların izahatı tapılır. Lakin elə hadisələr də var ki, uzun illərdi izah oluna bilmir.

Publika.az bir sıra izahatı tapılmayan hadisələri təqdim edir.

Çində cırtdanlar kəndi

Çində yerləşən kəndlərdən biri öz qəribəliyinə görə məşhurdur. Çünki Yanqsi kəndində yaşayan 80 insandan yarısı cırtdandır. Deyilənlərə görə, 60 il bundan qabaq kəndə gələn xəstəlik insanları cırtdana çevirib. Bu xəstəlik nəticəsində daha çox 5-7 yaşlı uşaqlar əziyyət çəkib. Nəticədə, kənd sakinlərinin boy artımı dayanıb. Kənd sakinləri isə tam ayrı fərziyyə irəli sürür. Onların fikrincə əcdadlarını düzgün olmayan qaydada basdırdığı üçün onlar lənətlənib və inkişafdan qalıblar.

Doroti İdi və Omm Seti

Doroti İdi adi uşaq idi. O, da bütün uşaqlar kimi qaçar, oynayar və gülərdi. Lakin bir gün pilləkanda qaçarkən Dorotinin ayağı ilişib yıxılır. Əvvəlcə onun öldüyünü güman edirlər. Amma bir müddət sonra qız ayılır və tam fərqli insana çevrilir. Günlərin birində qızcığaz valideynləri ilə birlikdə Britaniya muzeylərinin birində gəzişərkən o, Qədim Misir otağına daxil olur. Doroti otağa girərkən dərhal duruxub qalır. O, mumiyaya yaxınlaşıb şüşə arxasından ayaqlarını öpməyə başladı. Bundan sonra qız depressiyaya düşür. Fotolara baxaraq vətəni Misirə qayıtmağa israr edir. O, Setinin abidəsini gördükdən sonra sevinərək atasına keçmişdə harada yaşadığını deyir. Onun Misirə olan sevgisi gündən günə artır və Doroti Misir tədqiqat qrupunun üzvünə çevrilir. Doroti tez-tez transa daxil olaraq heroqliflərə cümlələr yazırdı. O, Qədim Misirdə yaşamış Ommun həyatını danışmağa başlayır və qədim dildə yazır. Onun sözlərinə görə Omm firon Setinin kahinəsi olub.

Bütün bu deyilənləri uydurma kimi də fikirləşmək olardı. Lakin özünü Omm adlandıran Doroti gizli saxlanmış tuneleri tapa bilib və özünün görücülük qabiliyyəti ilə arxeoloqlara bir sıra yardımlar edib. Doroti 1981-ci ildə vəfat edib və o, Setinin yaşadığı məbəddə ömrünü başa vurub. Onun Qədim Misir haqda bu qədər biliyə necə nail olması və xatirələrinin izahı yoxdur.

Frensis Levinin əl izi

Frensis Levi 1920-ci ildə yaşamış yanğınsöndürən olub. O, gülərüz, mehriban insan olub. Amma 1924-cü ildə onun davranışında dəyişiklik baş verib. Levi qaraqabaq insana çevrilərək yanğınsöndürmə bölməsinin şüşələrini təmizləməyə başlayıb. O, şüşələri silib təmizlədikdən sonra həmin günü öləcəyini deyib. Doğurdanda, həmin günü şəhərdə güclü yanğın baş verib. Levi də xilasedici kimi yanan binada qalmış insanların köməyinə tələsib. O, yuxarı mərtəbədə qalan insanları xilas edərkən öz həyatını qurban verib.

Səhəri gün iş yoldaşları Levinin xatirəsini anarkən gözləri 1 gün əvvəl onun təmizlədiyi şüşəyə sataşır. Onun təmizlədiyi şüşədə əl izi vardı. Həmin ləkəni bütün kimyəvi maddələrlə belə silsələr də, əl izi getmyib. Qəribə ləkə 1944-cü ildə şüşə sındırlana qədər qalıb.

Le Loyon

İsveçrənin qərbində yerləşən meşəlikdə qəribə hadisələr baş verir. Üzünə əleyhqaz taxmış, əynində isə hərbi geyim olan naməlum kişi artıq 10 ildir ki, yerli sakinləri qorxu altında saxlayır. Çünki düz 10 ildir ki, naməlum kişi eyni istiqamətdə harasa gedir. Sakinlər hətta ona Le Loyon adı qoyub və ondan çox qorxur. O, kiminləsə üz-üzə gəlsə heç nə danışmadan yoluna davam edir. Onun şəklini çəkməyə çalışan fotoqrafın sözlərinə görə, naməlum kişinin boyu 2 metrdən çoxdur. Heç kim onun kimliyini və nəyə görə əleyhqaz geyindiyini bilmir.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR