Dünyanın ən güclü 15 insanı – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən güclü 15 insanı – FOTOLAR

Hansı çəkidə olursan ol, arıqlayıb sağlam həyata qayıtmaq heç vaxt gec deyil. Piylənmədən əziyyət çəkən bu insanlar qarşılarına məqsəd qoyaraq arıqlayıblar.

Publika.az xəbər verir ki, fotolardakı insanlar arasında 80-100 kiloya qədər arıqlayanlar var.

Mütəxəssislər hesab edirlər ki, bədən kütlə indeksi 30-dan artıq olan insanlar piylənmə mərhələsində hesab olunur. Piylənmə, çəkinin normadan artıq olması bir çox amillərlə bağlıdır. Burada təbii ki, qidalanma və genetik faktor çox əhəmiyyətlidir.

Bunun qarşısını almaq üçün müxtəlif yollara əl atılıb. 50-60 ildir ki, piylənmə, ağır çəki ilə mübarizədə cərrahi metodlardan da istifadə olunur. Bu əməliyyat metodları günümüzə qədər təkmilləşdirmələrdən keçib. İndiyə kimi müxtəlif əməliyyat metodları tətbiq olunub və bu metodların tətbiqi nəticəsində piylənmədən əziyyət çəkən insanlar daha sağlam, keyfiyyətli ömür sürməyə başlayırlar.

Psixoloji, psixiatrik dəyərləndirmədən sonra qastroenteroloqun müayinəsinə ehtiyac var. Çünki mədədə hər hansı bir problemin olub-olmadığını da bilmək vacibdir.

Eləcə də endokrinoloqun ciddi müayinəsi lazımdır. Və ən vacib məqamlardan biri də budur ki, insanlar çox yeməkdən imtina etməyi bacarmalıdır. Mütəxəssislər hesab edirlər ki, pasient əməliyyatdan sonra iradəsinin olacağına əmin olarsa, o zaman əməliyyata qərar vermək olar. Publika.az kilo verən insanların əvvəl və sonrakı fotolarını təqdim edir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm