Tarixin ən “bəxtsiz” kompüterləri - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Tarixin ən “bəxtsiz” kompüterləri - FOTOLAR

Tarixdən önəmli kəşflərdən biri hesab olunan kompüterlərin heç də hamısı uzun müddətli istifadəyə malik olmayıb. Texniki üstünlüklərinə baxmayaraq onların bəzisi elə yarandığı ildə də ömrünü başa vurmalı olub.

Publika.az texnologiya tarixinin ən uğursuz kompüterlərini təqdim edir.

"Lisa" dövrünün qrafik interfeysə sahib ilk kompüter idi. Stiv Cobsun qızının şərəfinə yaratdığı kompüterin ömrü uzun olmadı. Ən önəmli müştərisi NASA ilə aralarında yaranan problemlə görə, cihazın istehsalı 1986-cı ildə dayandırıldı.

"Canon Cat" 1987-ci ildə hazırlanmış kompüter idi. Sadə klaviatura və monitora sahib kompüterin "siçan"ı yox idi. 1500 dollara satılan cihazın satışı 6 ay içərisində dayandırıldı. Həmin müddətdə onun 20 min ədəd nüsxəsi satıldı.

"Nokia Booklet 3G" - 2009-cu ildə netbuk bazarına daxil olub. Həmin dövr üçün onu bazarın ən yaxşı məhsullarından hesab etmək olardı. Bu netbukun batareyası 12 saat işləmək gücünə sahib idi. Ancaq nədənsə şirkət cihazı istənilən qədər sata bilmədiyinə görə, qısa zamanda bazardan çıxarıldı.

1994-cu il məhsulu olan "İBM Aptiva" modem kimi bir sıra üstün xüsusiyyətləri olsa da, kompüter kimi istifadəçiyə istənilən imkanları verə bilmirdi. Bir sıra texniki məqamlarla yanaşı Microsoftla yaşadığı problemlər də onun bazardan çıxmasına səbəb oldu.

Stiv Cobs Apple-dan ayrılandan sonra 1988-ci ildə "NeXT" kompüterlərini yaratdı. 6500 dollara satılan kub formasında bu cihaz dövrünün ən güclü kompüterlərindən idi. Ancaq ona çox az proqram yazmaq mümkün idi. "NeXT" ancaq 50000 kompüter sata bildi.

1985-ci ildə kompüter bazarına daxil olan "Commodore 128" 4 milyon ədəd satış həyata keçirib. Lakin qısa zamanda bazara daxil olan "Commodore 68" 12 milyon satılandan sonra rəqabətə dayana bilməyib bazardan geri çəkildi.

1983-cü ildə ortaya çıxan "Coleco Adam" kompüterləri təchizat problemlərinin qurbanı oldu. Sistem başlanğıcda böyük bir elektromaqnit sahə təşkil edən kompüterlərdə kasetləri silmək olurdu. Lakin bu belə onu onun davamlı olmasına imkan vermədi.

"Gatevay Destineyşn" 1996-cı ildə istifadəyə verilib. İlk real multimedia kompüteri olan "Gateway Destination", nəhəng monitor, video kartına əlavə olaraq bir də televiziya imkanına malik idi. Qiyməti 4 min dollar olan kompüter dövrünün məhsullarından çox irəlidə idi. İnternetin məşhurlaşdığı vaxtlarda kompüter istehsalçıları sadəcə internetə qoşulmaq imkanı olan kompüteri böyük bir yenilik hesab edirdilər.

2000-ci ilin məhsulu olan "Com Audrey" elektron poçt, təqvim və veb-gəzinti kimi imkanlara sahib idi. Nisbətən uyğun qiymət və fərqli rənglərinə baxmayaraq bu kompüter də uğur qazana bilmədi.

2006-cı ildə Microsoft iPad-dən əvvəl ağıllı mobil telefonlarla notebooklar arasındakı boşluğu dolduracaq bir cihaz yaratmaq fikrini ortaya atmışdı. Bu fikrin ilk məhsullarından olan Samsung Q1-in fiziki bir klaviaturası yox idi və qələm ilə çalışırdı. Ancaq cihazın prosessoru bir az yavaş və video oğurlamaqdandan baş bir şey edə bilmirdi. 1099 dollarlıq qiyməti isə istifadəçiləri ondan uzaq tutmağa kifayət idi.

Apple Power Mac G4 Cube - 2000-ci ilin məhsuludur. Bir çox imkanlara sahib olsa da, istifadəyə münasib deyildi.

Steve Cobsun NeXT kompüterindən ilham alan kompüterin kub formasındakı görünüşü onu istifadəsiz bir hala gətirirdi. Cihazın asanca çatlaması istifadəçilərin ondan qaçmasının əhəmiyyətli səbəblərdən idi.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm