• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

10 il əvvəl dondurulmuş yumurtalıqdan uşaq doğuldu

  • Maraqlı
  • 14 İyun 2015 09:06
  • 971 Baxış
10 il əvvəl dondurulmuş yumurtalıqdan uşaq doğuldu

Belçikada qadın, hələ uşaq olarkən dondurulmuş yumurtalıq toxumasının implantasiyasının ardından uşaq dünyaya gətirən ilk şəxs olub.

Publika.az-ın məlumatına görə, bu barədə yerli həkimlər deyib. Məlumata görə, 27 yaşlı qadının yumurtalığı 13 yaşı olarkən, oraq hüceyrəli anemiyanın müalicəsi zamanı çıxarılıb. Digər yumurtalığı isə müalicədən sonra fəaliyyətini dayandırıb. Bu isə o demekdir ki, o, müalicə olunmadan hamilə qala bilməzdi.

Ekspertlər ümid edir ki, bu prosedur nəhayət ki, gənc xəstələrə kömək edə bilər.

Qadın 2014-cü ilin noyabrında sağlam oğlan uşağını dünyaya gətirib və hadisənin detalları Human Reproduction jurnalında dərc edilib.

Sümük iliyi transpantasiyası

Anonim qalmağını istəyən qadına, beş yaşı olarkən, oraq hüceyrəli anemiya diaqnozu qoyulub.

O, Konqo Respublikasından Belçikaya mühacirət edib və burada doktorlar onun xəstəliyinin ağır olduğunu və qardaşının uyğun toxumasından istifadə etməklə ona sümük iliyi tranplantasiyası lazım olduğunu bildiriblər.

Lakin sümük iliyi nəqlinə başlamadan öncə həkimlər onun immun sistemini fəaliyyətsiz etmək və kənar toxumanı rədd etməsinin qarşısını almaq üçün kimyəvi üsullu müalicə etməli olublar.

Kimyəvi üsulla müalicə yumurtalığın fəaliyyətini məhv edə bilərdi. Ona görə də həkimlər onun sağ yumurtalığını çıxararaq toxuma parçalarını dondurublar. Həmin vaxt xəstə cinsi yetkinlik əlamətlərini nümayiş etdirməyə başlasa da, aybaşı olmayıb. 15 yaşı olarkən onun digər yumurtalığı da fəaliyyətini dayandırıb.

Amma 10 il sonra o, uşaq dünyaya gətirmək qərarına gəlib. Beləliklə həkimlər onun dondurulmuş yumurtalıq fraqmentlərindən dördünü onun digər yumurtalığına və 11 fraqmenti bədəninin digər hissəsinə peyvənd ediblər.

Oğlan uşağı

Beş ay sonra xəstə davamlı olaraq aybaşı olmağa başlayıb və 27 yaşında təbii yolla hamilə qalıb.

Xəstəni müalicə edən ginekoloq, Dr İsabelle Demeestere bildirib ki, indi yumurtalıq çatışmazlığı olan digər gənc xəstələrin bu üsulla müalicəsinə ümid var.

"Lakin prosedurun uğurlu olması yetkinlik yaşına çatmamış qızlar üzərində əlavə araşdırmalar zərurətini yaradır. Bizim xəstə aybaşı olmasa da, yetkinlik dövrünə girmişdi", - həkim izah edib.

Britaniya Doğuş Cəmiyyətinin sədri, Professor Adam Balen xəbəri sevinclə qarşılayıb.

"Təxmin etmək olardı ki, gənc yumurtalıqlarda çoxlu yumurtalar olmalıdır, problem ondadır ki, əgər yumurtalıq toxuması bu cür gənc yaşda çıxarılıb dondurulur və yenidən yerləşdirilirsə, bu yumurtalar yetkinləşə biləcəkmi. Beləliklə, bu, həmin konseptin sübutudur... Bu çox əhəmiyyətli xəbərdir".

Qeyd edək ki, indiyədək dünyada, yaşlı qadınlardan götürülmüş dondurulmuş yumutalıq toxumasından təxminən 40 uşaq dünyaya gəlib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR