• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bürclərinə görə kişilərin cəlbedici xüsusiyyətləri

  • Maraqlı
  • 15 İyun 2015 09:30
  • 2 660 Baxış
Bürclərinə görə kişilərin cəlbedici xüsusiyyətləri

Bürclər insanların xarakterinə birbaşa təsir edir. Ona görə də, hər bürcün kişisinin özünəməxsus xüsusiyyətləri olur. Kimi açıqürəkli olması ilə diqqət çəkir, kimi də inam və güvən hissi verir.

Türkiyəli astroloq İrem Su bürclərinə görə, kişilərin ən cəlbedici xüsusiyyətlərindən yazıb.

Publika.az həmin yazını təqdim edir:

Qoç

Bu kişilər yeni fikirlərə açıq olurlar.

Hər mühitdə liderliyi ələ keçirə bilirlər.

Əzələləri güclü olur.

Gənc görünürlər.

Özünəinamı yüksək olur.

Seks performansı hər qadını məmnun edə bilir.

Dəcəldirlər.

Heç nədən qorxmurlar.

Rəqabəti xoşlayırlar.

İnsanları öz təsirləri altına sala bilirlər.

Gözləri iri, baxışları mənalı olur.

Buğa

Güvən, dinclik, sədaqət axtaran qadınlar üçün ideal kişilərdir.

Cinsi həyatda aktivdirlər.

Səs tonu təsir edicidir.

Nə istədiklərini bilirlər.

Yollarına maneələr çıxsa da, qorxmurlar.

Zövq sahibidirlər.

Onları əsəbiləşdirmək çətindir.

Sevdikləri qadına lüks və bahalı hədiyyələr verirlər.

Romantikdirlər.

Fiziki baxımdan qüvvətlidirlər.

Əkizlər

Zövqlüdürlər.

Zarafatı xoşlayırlar.

Daim şən əhval-ruhiYyədə olurlar.

Komplimentlər edirlər.

Ağıllıdırlar.

Ətir, musiqi seçimində bacarıqlıdırlar.

Gülüşləri ilə insanın ağlını başından alırlar.

Macəra axtarışında olurlar.

Ərköyündürlər.

Xərçəng

Romantikdirlər.

Hər mövzuda bacarıqlıdırlar.

Səmimidirlər.

Mədənidirlər.

Bildiklərini paylaşmaqdan zövq alırlar.

Xəyalpərəstdirlər.

Seks zamanı romantik sürprizlər edirlər.

Sadiq olurlar.

Ailəyə bağlıdırlar.

Şir

Özünə xas xarizması olur.

Güclü və comərdirlər.

Dəbdəbəni xoşlayırlar.

İstədikləri şeyi mütləq əldə edirlər.

İstiqanlıdırlar.

Seks performansları olduqca yüksəkdir.

Lider olmaq üçün yaradılıblar.

Yaradıcılıq qabiliyyətləri yüksəkdir.

Çətinliklərə boyun əymirlər.

Qız

Kobuddurlar (bu bəzi qadınları cəlb edən xüsusiyyətdir).

İşləri hər şeydən önəmlidir.

Ən keyfiyyətli məhsulları almağa, ən bahalı geyimləri geyinməyə can atırlar.

Bir qadını özünə aşiq etmək istədikdə bunu bacarırlar.

İti zəkaya sahibdirlər.

Dürüst və səmimidirlər.

Bu bürc altında doğulan kişi bir dəfə aşiq oldusa, sevgisi qarşılıqsız olsa belə, illərcə eyni qadını sevə bilir.

Qüvvətlidirlər.

Qısqanc deyillər.

Yaddaşları çox güclüdür.

Tərəzi

Yaraşıqlı olurlar.

Hər mühitdə bütün diqqəti üzərlərinə çəkirlər.

Mədəni və ədalətlidirlər.

Gülümsədikdə olduqca xarizmatik görünürlər.

Romantikdirlər.

Özünə xas zarafatları var.

Həssasdırlar.

Söhbət etməyi xoşlayırlar.

Gəzməkdən, əylənməkdən zövq alırlar.

Əqrəb

Ehtiraslıdırlar.

Həddən artıq romantikdirlər.

Cinsi baxımdan olduqca güclüdürlər.

Onları cəlb etmək elə də asan deyil.

İnadkardırlar.

Duyğularını dilə gətirməyi xoşalmırlar.

Erotik mövzularda söhbət etməyi xoşlayırlar.

Başqalarının fikirlərinə əhəmiyyət vermirlər.

Oxatan

Uşaq kimi dəcəldirlər.

Macəranı sevirlər.

Optimistdirlər.

Saf və təmizürəklidirlər.

Dürüstdürlər.

Mimikaları olduqca diqqətçəkicidir.

Onlara əsəbiləşmək mümkün deyil. Çünki dil tökərək hər günahlarını bağışlada bilirlər.

Kişi dostlarından çox sevgiliyə vaxt ayırırlar.

Oğlaq

Möhkəm xarakterə malikdirlər.

Etibarlı sirdaşdırlar.

Karyeralarında sürətlə yüksəlirlər.

Sədaqətlidirlər.

Çox ağıllıdırlar.

Xarizmatikdirlər.

Qocalanda belə, olduqca seksual və yaraşıqlı görünürlər.

Fərqli stilləri var.

Sutökən

Duyğularını dilə gətirməkdə çətinlik çəkirlər.

Liderliyə meyillidirlər.

Sakit və həssasdırlar.

Gigiyena qaydalarına xüsusi önəm verirlər.

Hər qadınla sevişə bilməzlər. Mütləq arada sevgi hissi olmalıdır.

Qısqanc deyillər.

Altıncı hissləri qüvvətlidir.

Seksə düşkün deyillər.

Balıqlar

Xəyal qurmağı xoşlayırlar.

Anlayışlıdırlar.

Onu tanımaq və anlamaq çətindir.

Şair ruhludurlar. Duyğularını bəzən yazaraq ifadə edirlər.

Məsum və təsiredici baxışları var.

Cinsi həyatda hər yeniliyə açıqdırlar.

Fərqli vərdişləri və asılılıqları olur.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR