Yuxusuzluqdan əziyyət çəkənlərə kompensasiya veriləcək
Bizi izləyin

Bilgi.az

Yuxusuzluqdan əziyyət çəkənlərə kompensasiya veriləcək

Yaponiya məhkəməsinin qərarı ilə Okinava əyalətində yerləşən hərbi bazanın yaxınlığında yaşayan insanlara 754 milyon yen (6,1 milyon dollar) məbləğində kompensasiya ödəniləcək.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Amerika hərbi bazası yaxınlığına yaşayan insanlar vertolyot və təyyarələrin səsindən stress və yuxusuzluqdan əziyyət çəkir. Bundan əlavə, sakinlər hər an baş verə biləcək qəzadan qorxurlar. Ona görə də, kompensasiyanı 2, 2 min nəfərdən çox insan ala biləcək.

Sakinlərdən biri deyib: "Vertolyotların səsini eşidəndə İkinci Dünya müharibəsi yadıma düşür".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm