Dünyanın ən iri pəncəli qadını - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən iri pəncəli qadını - FOTOLAR

Tailand sakini Duanqcay Samaksamam ən iri əllərə malik olan qadındır. Lakin onun əllərinin iri olması ona heç bir üstünlük vermir. Çünki tailandlı qadın makulodistrofiya lipomatoza adlı nadir xəstəlikdən əziyyət çəkir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, xəstəlik nəticəsində qadının hər iki əli piy qatı sayəsində normadan artıq böyüyüb. O, yeganə insandır ki, xəstəlik onun barmaqlarından çiyininə kimi təsir edib. Onun əlinin biri 9,5 kiloqramdır. Bu isə o deməkdir ki, hər iki əlləri birlikdə 19 kiloqram edir.

50 yaşlı qadın hədsiz böyüyən əllərinə görə adi gündəlik işləri yerinə yetirə bilmir. O, bu xəstəlikdən 20 yaşından əziyyət çəkir. Duanqcay utandığından universitetə də getməkdən imtina edib.

Onun yaşadığı kənddə savadlı həkim olmadığı üçün Duanqcay vaxtında müalicə ala bilməyib. Ona görə də, əllərinin formasından utanan qız evdən bayıra çıxmaqdan imtina edib. Valideynləri ona kömək etmək üçün həkim axtarışına çıxıb. Qadın 25 yaşında ən yaxşı həkimlərin yanında müalicə alsa da, bu onun səhhətinə daha da pis təsir göstərib. Nəticədə, onun əlləri daha da böyüməyə başlayıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm